Şəxsi biznesə sahib olmaq üçün əməl etməli olduğunuz qaydalar

0
936
Şəxsi biznesə sahib olmaq üçün əməl etməli olduğunuz qaydalar

1. Məşğul olmaq istədiyiniz biznes növünü müəyyənləşdirin və onun barəsində daha çox məlumat əldə etməyə çalışın. Məhz kiçik və orta biznesə həsr olunmuş işgüzar jurnallar oxumağa üstünlük verin.

2. Bir sahibkar kimi öz mənfi və müsbət tərəflərinizi müəyyən edin. Özünüzə qarşı tənqidi və obyektiv şəkildə yanaşın.

3. Potensial müştəriləriniz, rəqibləriniz, lisenziya və vergi şərtləri haqqında məlumatları dərin şəkildə təhlil edin.

4. Gələcək şirkətinizin təşkilati-hüquqi formasını müəyyən edin. Məşğul olduğunuz biznesə uyğun olan təşkilati formanı seçməyə çalışın.

5. Şirkətin yerləşdiyi ərazini qiymətləndirin. Otaqların vəziyyətinə, onların yararlılıq dərəcəsinə, nəqliyyat axınının və nəqliyyat qovşağının, eləcə də dayanacaq (parkinq) üçün yerlərin olmasına diqqət yetirin. Kommunal xidmətlərin qiyməti ilə də maraqlanın.

6. Hərtərəfli fəaliyyət planı hazırlayın və icra edəcəyiniz işlərin siyahısını bu plana daxil edin.

7. Başlanğıc mərhələ üçün tələb olunan kapitalı əldə etməyə çalışın. Bügunə qədər topladığınız vəsaitlərə müraciət edin. Unutmayın ki, hər hansı bir bankın yeni yaradılmış biznesə kredit ayırması ehtimalı, adətən, çox aşağı olur.

8. Şirkətinizə ad seçərkən diqqətli olun.

9. Müvafiq təşkilatlara müraciət edərək, lazımi icazələri və icazəni nümayiş etdirən sənədləri əldə edin.

10. Şirkətinizi müəyyən edilmiş qaydalara uyğun şəkildə qeydiyyatdan keçirin.

11. Vergi və pensiya fondunda qeydiyyatdan keçin.

12. Bank hesabı açın. Sizin tələblərinizə cavab verən bankı və xidmət növlərini tapana qədər axtarışları davam etdirin.

13. Ştat cədvəli hazırlayın. Kadrların vəzifə təlimatlarını (funksional vəzifələri) və hazırlıq proqramını tərtib edin.

14. Lazımi avadanlıqları, mebeli, lövhələri (reklam lövhələri, nişanlar), ləvazimatları almağı unutmayın.

15. Şirkətinizə aid vizit kartlar və blankların olmasına diqqət yetirin.

16. Müəssisənizin iş saatını müəyyənləşdirin.

17. Ehtiyac duyduğunuz işçilərin seçimi zamanı işçi heyətinin seçilməsini və işə qəbul edilməsini nəzərdə tutan müasir metodlardan istifadə edin.

18. Şirkətiniz, təklif etdiyiniz məhsul və ya xidmətlər haqqında məlumatların yer aldığı materiallar nəşr etdirin. Çalışın şirkətinizi, məhsullarınızı, xidmətlərinizi və işçi heyətinizi düzgün şəkildə və yüksək səviyyədə reklam etməyi bacarasınız.

 

ŞƏRH YAZIN