Şəxsi Brend

0
2672
Şəxsi Brend

Şəxsi brend ətrafda olan insanlarda şəxsiyyətə qarşı əmələ gələn emosional reaksiyadır. Şəxsi brendin irəliləməsi ilə şirkətin yaxud məhsulun brendinin irəliləməsi kimi əsaslı məşğul olmaq lazımdır.

Özünü düz mövqeyə yönəltmə işə qəbul olduqda və şəxsi əlaqələrin yaradılmasında müvəffəqiyyətin əsasıdır.

Pricewaterhouse Coopers şirkətiniin rekrutinq üzrə mütəxəssisi Marina Qayeva qeyd edir ki, hər bir işəgötürən namizədin özünü təqdim etməsinə həddindən artıq diqqət yetirir: “İntervyu alan xüsusi olaraq müştərilər ilə işləmək mövqeyinə seçim keçirilən zaman özünü prezentasiya etmə təcrübəsini qiymətləndirir. Lakin hər şeydə həddi bilmək lazımdır. Özündən razı olmaq və öz xidmətlərini, bacarıqlarını və biliklərini həddindən artıq şişirtmək namizədə yaraşmır”.

Müvəffəqiyyətli şəxsi brendin yaradılması üçün nə etmək lazımdır?

Özünüzü aktiv şəxsiyyət kimi mövqeləndirin

Özünüzü aktiv şəxsiyyət kimi mövqeləndirin: əlaqələri birinci olaraq özünüz qurmaqdan çəkinməyin. Danışıq zamanı ətrafdakılara qarşı diqqətli olmağa çalışın, onlara qulaq asın, onların danışdıqlarında maraqlı olduğunuzu onlara başa salın. Məlumatlı olduğunuzu nümayiş edin, son məlumatlar trendində olmaq artıq dərəcədə vacibdir.

Özünüz haqqında danışmağı öyrənin    

Ətrafdakıların sizin özünüzü təqdim etməyinizi və özünüz haqqında danışmağınızı xahiş edə biləcəklərinə hazır olun. “Işəgötürənlər arasında hesab olunur ki, özü haqqında danışmaq namizədin həyatda olan prioritetləri haqqında bilməyə kömək edir, – bu haqda “Yaxşı insanlar” reklam agentliyinin personal üzrə baş meneceri Natalya İvanova deyir. –Məhz müsabiqə iştirakçısının özündə deyil, öz işindən gözləntilərə fokuslaşması səbəbindən çox intervyular müvəffəqiyyətsiz olur”.

Yadda saxlayın ki ən yaxşı improvizasiya, qabaqcadan hazırlanmış improvizasiyadır. Qabaqcadan düşünün ki, sizin hansı keyfiyyətləriniz işəgötürən, investor, biznes-partnyor üçün maraqlı ola bilər. Özünüz haqqında danışmağınız çox uzun olmamalıdır, qısa olaraq öz təhsiliniz və iş təcrübəniz haqqında 2 dəqiqə ərzində danımağa çalışın. Ancaq birbaşa tələb olunan peşə ixtisası haqqında danışdıqda, bunun üzərində bir qədər dayanmaq olar.

Özünüzü əskiltməyin, komplimentlərə qulaq asmağı və düzgün reaksiya verməyi öyrənin: əgər sizi tərifləyirlərsə siz həmsöhbətinizi “hər şeyin boş” olduğuna yaxud “bu təsadüfən belə alındı” deyərək inandırmağa çalışmamalısınız, əks təqdirdə onda həqiqətən sizin sadəcə bəxtiniz gətirdiyi haqda təəssürat yaranacaq.

“Satış alətləri” haqqında ətraflı fikirləşin    

İnsanı xarici görünüşünə görə qarşılayırlar. Buna müvafiq olaraq sizin xarici görünüşünüz düşünülmüş və nöqsansız olmalıdır. Vizitka düzəldin, peşə terminlərinə yiyələnin. Xülasənizi diqqətlə tərtib edin və onu daima yeniləşdirin. Eləcə də keçmiş işəgötürənlərin portfolio və zəmanətləri sizin irəliləməyinizə kömək edə bilər. Düzgün və aydın danışın: nitq də satış alətidir.

Bütün alətlər müxtəlif mövqelər üçün müxtəlif  nisbətdə vacibdirlər.  “Məsələn məşhur portfoliosu olan art-direktor  xülasəsiz, vizitkasız, qüsursuz nitqsiz və işgüzar kostyumsuz keçinə bilər.  Görkəmli peşə qabiliyyətləri səbəbindən “geyimi” bağışlaya bilərlər. Lakin orta statistik ofis işçisindən ancaq peşə biliyi deyil, səliqəli xarici görünüş də gözləyirlər. Təmiz, əzilməmiş paltar, nəzakətli olmaq,  qüsursuz xülasə sadəcə lazım olan yox, şübhəsiz özü-özlüyündə olacaq şeylərdir”.

Qeyri-verbal kommunukasiyaya diqqət yetirin

Poza, hərəkətlər, mimika, səsin tonu və ucalığı da sizin obrazınızın elementlərindəndir. Üzünüzdə bütün emosiyaları nümayiş etməməyə çalışın. Mütəxəssislərin fikrincə, qeyri-verbal kommunikasiyalar vasitəsi ilə insan haqqında məlumatların üçdə iki hissəsi ötürülür.. “Öz bədəninizin hərəkətini izləməlisiniz,  Bel bükülmə, sallanmış çiyinlər, ayaqları sürtə-sürtə yerimək həvəssiz, aşağı səviyyədə enerjili və inamsız olduğunuzu təsdiqləyir.   Uca aydın səs və anlaşılan cavablar, tələffüz tərzi sizi özünə inamı olan şəxsiyyət kimi xarakterizə edir”.

Əks əlaqə əldə edin

Hər çıxışınızdan, hətta müvəffəqiyyətsiz çıxışınızdan sonra feedback almağa çalışın. Səriştəli rəylər sizin güclü tərəflərinizi qiymətləndirməyə və səhvlərinizi düzəltməyə kömək edər. Səhv etməkdən çəkinməyin, bu normal haldır. Lakin öz səhvlərinizi qəbul etmək dayanmaq üçün səbəb deyil, onları düzəltməyə çalışın, özünüzə investisiya edin, işə olan həvəsinizi nümayiş etməkdən çəkinməyin.

İnternetdə öz obrazınız haqqında ətraflı fikirləşin    

Hər bir şəbəkə aktivliyi sizin brendizin bir hissəsidir.  Bu səbəbdən hansı məlumatı sosial medialarda öz personal səhifələrinizdə yerləşdirməyinmümkün olub-olmaması haqqında dərindən fikirləşin.  Marina Qayeva xatırladır ki, sizin potensial işəgötürən tamamilə qanun əsasında sizin haqqınızda bloqlardan yaxud sosial şəbəkənin profilindən çox maraqlı şeylər öyrənə bilər. Sizdə hər şey qaydasında olduğunu yoxlamaq üçün özünüzü axtarış sistemlərində axtarın, deyərək Qayeva məsləhət görür: “Əgər gördüyünüz sizin xoşunuza gəlirsə deməli siz düz yoldasız. Əgər xoşunuz gəlmirsə, personal brendinizin bu komponentini təkmilləşdirmək üçün səbəb var”.

Əlaqələri qoruyub saxlayın   

Çox vaxt çoxlarını tanımaq çox bilməkdən daha yararlı olur. Əlaqələr sizin personal kapitalınızdır. Əlaqələrin yaradılmasında, şəxsi komplekslərin öhdəsindən gəlməkdən başlamağa dəyər: insanların sizinlə maraqlanmasını gözləməyin, onlara özünüz yazın. Bütün tanışlarınızı özünüzə dost edin. Çalışın ki əlaqəni itirməyəsiniz: təzə əlaqəni yaratmaq köhnə əlaqəni qoruyub saxlamaqdan çətindir. İnsanlara özünüzü tez-tez xatırladın: ad günü ilə təbrik edin, açıqcalar göndərin, bəyəndiyiniz video ilə bölüşün. Özünüzə düzgün rol modeli tapın, onu fikirləri ilə razılaşdığınız insandan götürün

 
Vüqar Bağırov
 

ŞƏRH YAZIN