Uşaqlar Niyə Texnologiyadan Uzaq Durmalıdır?

0
2949
Uşaqlar Niyə Texnologiyadan Uzaq Durmalıdır?

iPad, iPhone kimi texnologiyanınsı simvolu, dişlənilmiş almanın icadçısı Stiv Cobs uşaqlarının təhsilində texnologiyada istifadə etməzlərinə icaze verməyib. Hətta onları texnologiyadan uzaq tutmağa çalışırdı.

ABŞ-ın məşhur qəzetlərindən birinin müxbiri Stiv Cobsdan soruşmuşdu: "Uşaqlarınız iPad'i çox sevərlər, deyil mi?"

Stiv Cobs isə belə cavab vermişdi: "Heç istifadə etmədilər. Uşaqlarımızın evdə istifadə etdikləri texnologiyanı məhdudlaşdırırıq."

Silikon Vadisi ABŞ-ın texnologiya sektorundakı lokomotivi sayılır. Google, Apple kimi texnologiya nəhənglərinin böyük qismi oradan çıxıb. Maraqlıdır ki, bu texnologiya şirkətlərinin üst səviyyə idarəçiləri arasında uşaqlarını texnologiyadan uzaq tutma istiqamətində artan bir meyl var. Sözgəlişi içlərindən bəziləri uşaqlarını Waldorf Məktəbi adındakı texnologiyanın heç daxil olmadığı bir məktəbə göndərirlər. Bu məktəbdə kompüter yoxdur, çünki tamamilə təcrübə ilə öyrənməyə fokuslanıblar.

Bu nöqtədə 3D Robotics adlı firmanın CEO-su (İdarə heyəyinin sədri), beş uşaq sahibi Chris Andersonı istinad göstərə bilərik:

"Uşaqlarım məni və yoldaşımı faşist olmaqla və texnologiya mövzusunda həddindən artıq həssas davranmaqla günahlandırırlar. Dediklərinə görə, digər heç bir yoldaşlarının riayət etmək məcburiyyətində olduqları belə qaydaları yoxmuş. Bu qaydaların səbəbi, mənim texnologiyanın təhlükələri haqqında yetərincə və ilk əldən məlumat sahibi olmağımdı. Uşaqlarıma da eyni şeyin olmasını əsla istəmirəm.

Hal-hazırda bizim ağıllı telefonlara və digər texnologiyalara bağımlılığımız bir göstəricidirsə, uşaqlarımızı erkən yaşda texnologiyayla tanış edərək xəyal gücü və yaradıcılıqdan uzaq, əskik və problemli həyatlara məhkum etmiş ola bilərik. Biz çöldə oyun oynayan son nəsildik; çünki dizüstü kompüterlərimiz və ağıllı telefonlarımız yox idi. Biz hərəkət edərək, sınaqdan keçirərək öyrəndik; məlumata Google yerinə, kitablardan və sosiallaşaraq çatdıq.

Fərqli yollardan öyrənmək bizi daha balanslı və çox yönlü insanlar etdi. Bu halda, uşaqlarımıza ağıllı telefon verməyərək, bütün günlərini Snapchat və Candy Crush'tan məhrum etməkdən mi qayğı duymalıyıq yoxsa telefona icazə verərək daha sağlam və müstəqil bir inkişafdan məhrum etdiyimiz üçünmü?

Uşaqlarınızı necə yetişdirmək lazım olduğunu düşündüyünüz zamanlarda bir dəfə də onlara bu bahalı və "cool" göstərən cihazları verməməyi önəmsəyin. Onlarla birlikdə çölə çıxın və oyun oynayın. Sizdən o an nifrət edə bilərlər, lakin gələcəkdə sizə buna görə təşəkkür edəcəklər."

ŞƏRH YAZIN