Youtubedan Ən Çox Qazanan Adamlar Məlum Oldu

0
2430
Youtubedan Ən Çox Qazanan Adamlar Məlum Oldu

Youtube»dan ən çox qazanan adamlar məlum oldu

“Forbes” jurnalı dünyanın ən çox qazanan “Youtube” videobloqerlərinin reytinqini hazırlayıb.

Siyahıda birinci yeri isveç videobloqeri "PewDiePie" ləqəbli Feliks Kyelberq tutub. Onun “Youtube” kanalı video oyunlara həsr olunub. “PewDiePie”-ın 40 milyon izləyicisi var və “Forbes”un məlumatlarına görə 12 milyon dollar qazanır. 

İkinci yeri “Smosh” komedik kanalının sahibləri Yena Hekoks və Entoni Padilli tutub. Onların illik qazancı 8,5 milyon dollardır. İyun ayında “Smosh”-un ilk tammetrajlı filmi işıq üzü görmüşdü.

Ücüncü yeri Yena və Entoni ilə yanaşı, “Fine Brothers” kanalının sahibləri olan digər komedik duet Rafi və Benni Fayn qardaşları bölüşdürür. 

Dördüncü yeri Lindsi Stirlinq - artist (6 milyon dollar)

Beşinci yeri  “Rhett & Link” komedik dueti (4,5 milyon dollar)

Altıncı yeri “KSI” video oyun icmalı kanalı (4,5 milyon dollar)

Yeddinci yeri  Mişel Fen gözəllik bloqeri (3 milyon dollar)

Səkkizinci yeri  Stendap-komik Lilli Sinx (2,5 milyon dollar)

Doqquzuncu yeri  Prankçı Romen Etvud (2,5 milyon dollar)

Onuncu yeri  Aşpaz Rozanna Panzino (2,5 milyon dollar) tamamlayır.

 

ŞƏRH YAZIN