15 Yaşlı Biznesmen

0
1987
15 Yaşlı Biznesmen

ABŞ-da yaşayan məktəb şagirdi Noa Mintz hələ 15 yaşındadır, amma artıq öz şirkəti, işçiləri var. İllik qazancı 500 min dollardır. 

2012-ci ildə “Nannies by Nioa” adlı körpə dayəsi təşkil edən internet saytı açan Mintz ilk əvvəl 50-yə yaxın müştəriyə xidmət etsə də, indi müştərilərinin sayı 200-ə çatıb. Həftəlik 40 saat işləyən Mintz ilk başladığında 100 dollar qazanırdı. Manhattanda ofis açan Mintz işinə görə dərslərini yaxşı oxumadığını deyir. Hazırkı planı isə məktəbi bitirib ikinci şirkəti qurmaqdı.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN