5 ayin içində milyon dolların sahibi olur.

0
4614
5 ayin içində milyon dolların sahibi olur.

Sizcə bu zəmanədə pul qazanmag asandır, yoxsa çətin? Sizə bu gün haqqında danışacağım şəkilde gördüyünüz insan varli olmanin ən asan yolunu tapıb. Buyurun, oxuyun....

Alex Tew, Ingiltərənin kiçik bir qəsəbəsində yaşayan 21 yaşlı bir tələbə idi. Təzə başladığı Universitet çox bahali olduğu üçün Alex bir gün pul qazanmanin yollarını axtarmağa başlayır. Nəhayət ağlına bir fikir gəlir. Reklamın dəb olduqu bu dövrdə bir websaytı açıb reklam üçün yer satacaqdı . Alex, 2005-ci ilin Avqust ayının 26-sında açdığı websaytın adını www.milliondollarhomepage.com qoyur. Websaytını 1000 x 1000, yəni ki "1 milyon" pixelə bölərək reklam üçün pixel satmağa başlayır. Qiymətini də özü təyin edir : "1 pixel = 1 Dollar". Müştərilərinin çox olacağı ağlına belə gəlməsə , 3 gün sonra bir musiqi şirkəti Alexdən 20 x 20, yəni 400 pixellik yer alaraq, "400 dollar" ödəyir. Alexin dediyinə görə təhsilinin birinci ili üçün lazım olan məbləği cəmi iki həftə içində qazanir. Televiziyada və Internetdə Alexin websaytının şöhrətindən danışmağa başlayırlar və bu reklamların köməyi ilə bir ay içində o "152,900 dollar" əldə edir. Alexin websaytındakı son 1000 pixelin o qədər müştərisi olur ki, internetdə tərtib etdiyi auksiyonda bu 1000 pixel "38,100 dollara" satılır. Beləliklə təhsili üçün pulu olmayan Alex Tew, 5 ayin içində "1,037,100 dollar" ın sahibi olur.


ŞƏRH YAZIN