Az Zamanda Çox İş Bacardı

0
1894
Az Zamanda Çox İş Bacardı

23 yaşı var və iki universiteti bitirməyə hazırlaşır. Bu qədəri ilə kifayətlənmədi 4 xarici dil öyrəndi. Bu da qabiliyyəti doğuşdan, müvəffəqiyyəti təhsildən gələn bir gəncin əzmli bir müvəffəqiyyət əhvalatı ...
 
23 ilə 2 Diplom aldi, 4 Xarici Dil öyrəndi
Qabiliyyəti doğuşdan, müvəffəqiyyəti təhsildəndir .. Gənc olmasına baxmayaraq 4 xarici dil birdən öyrənməyi bacaran universitet tələbəsi Desire  Eylul Cannon  2 diploma sahibi olmağa hazırlaşır.
Hüquq Fakültəsi tələbəsi olaraq girdiyi Yaşar Universitetində tərcümə və Psixologiya sahələrində də təhsil almağa huququ qazanan müvəffəqiyyətli tələbə, xarici dildə olan böyük qabiliyyətini isə Avropa Birliyi (AB) tərəfindən həyata keçirilən "Gənc Tərcüməçilər Yarışında" 3-cü olaraq göstərdi. Atası ABŞ-lı, anası isə Türk olan Desire Eylül Cannon ən böyük hədəfinin Avropa Ədalət Məhkəməsi və  Avropa Parlamenti kimi bir Avropa Birliyi təşkilatında işləmək olduğunu söylədi.
Laboratoriyada qorxdu hüquqşünas oldu.
Ana dili Türk dili olan və ingilis dilini 8 yaşında ailəsindən, fransız dilini birinci olaraq bitirdiyi Saint Joseph Liseyində, İtalyan dilini xarici dil kursunda, Portuqalya dilini isə Yaşar Universitetində öyrənən Desire Cannon ilk universitet seçimini Molekulyar Biologiya və Genetika ixtisasına verdi. Ancaq laboratoriya mühitində özünü olduqca pis hiss etdiyi üçün yenidən universitet imtahanına girməyə qərar verən Cannon, 4 il əvvəl Yaşar Universitetinin Hüquq Fakültəsiə daxil oldu. Hüquq fakültəsində ilk ilində akademik göstəricisi yüksək olduğundan təqaüdə alırdı. Eyni zamanda  başqa bir sahədə  də təhsil almaq şansı qazanan Cannon, seçimini tərcüməçilik üçün istifadə etdi. Bununla da kifayətlənməyərək Psixologiya fakultəsində də  təhsil alan Cannon beləcə ümumilikdə 100-dən çox dərs alaraq gələcəkdə 2 lisenziya diplomu və 1 lisenziya sertifikatının sahibi olacağını söylədi.
Mükafatını  nazirin əlindən alacaq
Keçdiyimiz günlərdə isə universitetlərin tərcümə və digər  elm hissələrində təhsil alan tələbələr Türkiyənin Avropa Birliyinə qoşulma prosesilə bağlı olaraq bu sahədə ehtiyac duyulacaq tərcüməçilərin yetişməsində iştirak etmək məqsədiylə təşkil edilən 5-ci Gənc Tərcüməçilər Yarışına qatılan Desire Cannon, İngilis dili sahəsində 3-cü olaraq böyük bir müvəffəqiyyət əldə etdi. 26 universitetdən 52-si İngilis, 24-ü Alman, 15-i Fransız dillərində olmaq üzrə cəmi 91 şagirdin iştirakının təmin edildiyi yarışmaya Yaşar Universiteti  tərcümə kafedrasının müəllim Aslı Selcen Aslanın rəhbərliyində hazırlanan  gənc kadrlar mükafatlarını  AB naziri və Baş məsləhəçisi Volkan Bozkırın əlindən alacaqlar. Eyni zamanda İzmir Tərcümə Şagirdləri Platforması İdarə heyəti üzvü və Yaşar Universiteti Tərcümə Birliyi Başçısı olan Cannon, "Kiçik yaşlardan etibarən xarici dilə olan marağı ilə diqqət çəkirdi. Bu səbəblə Hüquq Departamentinin  tərcümə fakultəsi tələbəsi olmaq istədim. Psixologiya Hissəsini isə günahkar psixologiyası mövzusunda məlumat sahibi olmaq istədiyim üçün seçdim. Məqsədim təhsil aldığım bütün bu hissələri bir sahədə birləşdirə bilməkdir. Ən böyük hədəfim isə Avropa Birliyi qurumlarının birində vəzifə ala bilmək "dedi.
ON barmağında on bacarıq
Dərslərində göstərdiyi uğurları ictimai fəaliyyətlərdə də əks etdirən Cannon həvəskar olaraq Latın rəqsi və teatrla da maraqlanır. Teatr Birliyi Başçı Köməkçisi olan müvəffəqiyyətli gənc universitetin teatr nümayişlərində yer alır.
 
 
 
Tərcümə etdi:Mehralıyeva Bəsti
 

ŞƏRH YAZIN