Den Braun Kimdir?

0
3514
Den Braun Kimdir?

22 İyun 1964-cü ildə Amerika Birləşmiş Ştatlarında dünyaya gələn görkəmli yazıçı Den Braun, Amherst Kolleci və Philips Exeter Akademiyasından məzun olmuşdur. Anası musiqiçi, atası isə riyaziyyat professorudur.Tələbəlik həyatı bitdikdən sonra təhsil almış olduğu məktəblərdə İngilis dili müəllimliyi edən məşhur yazıçı Den Braun, 1996-ci ildə çıxardığı və özünü böyük şöhrətə qovuşduran ilk kitabı Digital Qala ilə birlikdə qısa müddət içərisində bütün dünyada ad qazandı.

Dərc olunan ilk kitabının ardından Den Braun, elektron kitab siyahılarında bir nömrəyə çıxmışdır. Bu kitabında müəllif Milli Təhlükəsizlik ilə dinc əhali arasında incə münasibəti bildirmişdir. Müəllifin ikinci kitabı olan "Xəyanət Nöqtəsi" adlı kitabının ilk nəşri 2001-ci ildə başlamışdır.Müəllif bu kitabında əxlaq və gizli texnologiyalar haqqında mövzuları qələmə almış və bütün dünyada böyük səs salmışdı.Den Braunun üçüncü kitabı isə "Mələklər və Şeytanlar" dır. Bu kitabında da, Vatikan, Roma və Cern Laboratoriyalarında keçir. Elm və din mövzularına toxunan bir romandır. 2004-ci ildə çap olunan dördüncü və ən çox səs salan kitabı olan "Da Vinci Şifrəsi" ilə görkəminə görkəm qatmışdır. Bu kitabı dərc olunduqdan sonra, xüsusilə də Avropada və Amerika Birləşmiş Ştatlarında böyük əks-səda doğurdu və böyük mübahisələrə gətirdi.
 
Müəllif 15 Sentyabr 2009-ci ildə dərc olunan beşinci romanında da, mason olan babasından təsirlənərək "İtkin Simvol" adlı kitabını qələmə almış və bu kitabında masonluqdan bəhs etmişdir. Müəllifin qələmə aldığı bütün kitabları böyük oxucu kütləsinə malikdir. Müəllifin kitablarının nəşr olunmasını səbirsizliklə gözləyən yüz minlərlə adam var. Həmçinin Den Braunun yazdığı kitabların bəziləri filmlərə köçürülmüşdür. Filmlərə köçürülən bu kitablar kino zallarının dolmasına və tamaşaçı sayında rekordları qırılmasına səbəb olmuşdur. Yazıçının kitablarında bəhs edilən şəhərlərdə turist axınına məruz qalır və bu şəhərlərə mühüm maddi gəlir əldə etməyinə səbəb olur.
 
Dan Braunun maraqla gözlənən və ən son kitabı olan "Cəhənnəmin bir qismi" də İstanbulda Ayasofiyada keçməkdədir.Bütün kitablarında olduğu kimi, ardıcılları bu kitabını da səbirsizliklə gözləmişlər. Dan Braun bu son kitabında oxucularını; Şifrələr, simvollar və gizli keçidlərdən ibarət olan tamamilə başqa bir dünyada yolçuluğa çıxaracağı barədə bəyanat vermişdir.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN