Facebook necə yaradıldı?

0
1821
Facebook necə yaradıldı?

 Facebook necə yaradıldı, Facebook`un yaranma hekayəsi.

4 fevral 2004-cü ildə Harvard Universiteti 2006-ci sinif şagirdi  Mark Zuckerberg tərəfindən yaradılan facebook, əvvəlcə Harvard tələbələri üçün yaradılmışdı. Daha sonra Boston 
ətrafındakı məktəbləri də əhatə edən facebook, iki ay ərzində İvy Ligi məktəblərinin hamısını əhatə etdi.

İki il müddətində də Amerika Birləşmiş Ştatlarındakı bütün məktəblər facebookda mövcud idi. Üzvlər əvvəllər sadəcə məktəbin e-mail ünvanları ilə (.edu, .ac.uk, və s.) üzv ola bilirdi.
Daha sonr da buraya litseylər və bəzi böyük şirkətlər də daxil oldu. 2006-cı il 11 sentyabr tarixində isə facebook e-mail ünvanlarına bəzi yaş məhdudiyyətləri ilə açıldı.
İstifadəçilər istədikləri saytlara və proqramlara; məktəbləri, iş yerləri və ya yaşadığı yerlər vasitəsilə daxil ola bilməkdədirlər.
İyun, 2007-ci ildən sonra 34 milyon istifadəçisi ilə dünyanın ən böyük universitet əsaslı istifadəçilərinə sahib oldu.
Alexa statistikalarına görə facebook 20 noyabr 2007-ci il etibarilə dünyanın ən çox ziyarət edilən 7-ci saytıdır. Bununla bərabər, Kanada, Cənubi Afrika və Norveçin ən çox ziyarət
edilən saytı, Misir və Panamanın 3-cü, ABŞ-ın Avstraliya və Türkiyənin də 5-ci ən çox ziyarət edilən saytıdır. Eyni zamanda Türk  dili Facebookda ingilis dilindən sonra ən çox
istifadə edilən dildir. 
Facebook adını "paper facebooks"dan almışdır. Bu forma ABŞ universitetlərində məktəblərin şagirdlərə, müəllimlərə və işçilərə doldurduğu və onları tanıdan bir formadır.
Hal-hazırda 400 milyondan artıq istifadəçisi olduğu məlumdur.
Sayt istifadəçilərə pulsuzdur və gəlirini banner reklamlarından və sponsor qruplarından almaqdadır. (2006-cı ilin aprel ayında gəlirlərinin 1,5 milyon dollar olduğu ortaya
çıxmışdır). TechCrunch`a görə ABŞ-dakı universitet tələbələrinin 85%-nin facebookda bir hesabı vardır və bunların 60%-i hər gün facebookdan istifadə etməkdədirlər. 85% hər 
həftə, 93% -i isə hər ay facebooka qoşulanlar arasındadırlar. Facebook nümayəndəsi Chris Hughes isə istifadəçilərin hər gün orta hesabla 19 dəqiqə facebookda vaxt 
keçirdiyini qeyd etmişdir.
13 mart 2009-cu il etibarilə facebookun yeni interfeysi bütün hesablarda istifadə olunmağa başlanıldı. Lakin bu interfeys, istifadəçilər arasında ikilik yaratmışdır. Bəzi istifadəçilər
interfeysi çox uğurlu sayarkən, bəziləri isə protesto etməkdədirlər.  Facebook idarəçiləri isə bu yeni interfeys üçün israr etməkdədir.
Texniki baxımdan facebook, web nüfuzçuları tərəfindən ən uğurlu Web 2.0 proqramlarından biri olaraq göstərilir. 
2006-cı lldə MySpace`nin News Corperation`a satılması ilə facebookun da satılacağı xəbərləri çıxmışdır. Zuckerberg isə facebooku satmaq istəmədiyini bildirmiş və xəbərləri
yalanlamışdır.
Facebook nümayəndələrindən biri olan Peter Thiel Facebookun daxili dəyərinin 8 milyard dollar olduğunu və proyekt gəlirkərinin 2015-ci ildə 1 milyard dollar olacağını
söyləmişdir.
24 noyabr 2007-ci ildə Microsof facebookun 1,6%-lik hissəsini 240 milyon dollar ödəyərək almışdır. Google və digər şirkətlər də oxşar yollarla facebook hissələrinə 
istiqamətlənmişdirlər.
2008-ci ilin avqustunda Facebookun aylıq 100 milyon aktiv istifadəçisi var idi. İnsanlar bir-birini facebooka dəvət çağırdı və bu say 7 ayda iki qatına çıxdı. 2009-cu ilin aprelində
isə bu sosial proqramın əhatə etdiyi insan sayı 200 milyon idi. 2009-cu ilin iyununda isə dörd aydan qısa bir müddətdə facebook istifadəçi sayı 50 milyon artaraq 250 milyona
çatmışdır.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN