Fərqli Düşündü Və İlkə İmza Atdı

0
1221
Fərqli Düşündü Və İlkə İmza Atdı

1968-ci ildəki Meksika Olimpiya oyunlarına qədər  hündürlüyə tullananların hamısı  üzləri plankaya tərəf bədənləri paralel şəkildə plankanı keçməyə çalışdıqları “Western Roll” üslubunda yarışırdılar.Lakin bu üslub dəyişilmək üzrə idi.
Yarışlar keçiriləndə o qədər də tanınmış olmayan bir atlet plankaya yaxınlaşdı.O,ayaqlarını yuxarı çəkib dizlərini qatlayaraq plankanın üstündən arxası üstə 2.24 metrlik  hündürlüyə tullanmaqla yeni dünya rekorduna imza atdı.Atlet bircə şey fərqli etmişdi.O,özündən əvvəlki atletlərin etdiyinin tam tərsi olaraq,plankaya üzü üstə yox,arxasını çevirərək tullanmışdı.
Bu idmançının adı Dik Fosbury idi.O gündən sonra bu tullanış texnikası onun adı ilə hallandı.Bu gün  Fosbury daha öncə heç kimin çata bilmədiyi ən yüksək səviyyəyə sıçradı.Necə?Hər kəsin etdiyinin əksini düşünərək.Bu sadə bir düşünmə texnikasıdır.Lakin buradakı düşünmə texnikası bir sıçrama texnikasına çevrildi və yüksək tullanma tarixində bir dönüş nöqtəsi oldu.

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN