Finlandiya Təhsil Möcüzəsini Reallaşdıran 3 Əsas Qayda

0
2094
Finlandiya Təhsil Möcüzəsini Reallaşdıran 3 Əsas Qayda

Fin Təhsil Sisteminin uğurlarını ən yaxşı bilənlərdən biri olan Pasi Sahlberg, Bahçeşehir Universiteti Təhsil Fakültəsində " Bir təhsil möcüzəsi Finlandiya" başlıqlı seminar verdi. Seminarın ən önəmli sözləri bunlardır:


"Sadəcə ölü balıqlar axınla eyni istiqamətdə üzər. Axınla üzürsünüzsə ölmüşsünüz deməkdir". Finli bir nənə.

Səhnəyə uzun boylu, geniş çiyinli, eynəkli bir adam çıxır.
Bu Finli nənənin nəvəsi Pasi Sahlberg`dən başqası deyildir.
Küncdə "Bir Təhsil Möcüzəsi Finlandiya" başlıqlı yazı asılı durmaqdadır.
Qəhrəmanımız Pasi, bu küncün önünə keçir və belə deyir:

"Biz Finlandiyalılar axının əksinə üzərik və möcüzələrə inanmarıq".

Bir təhsil möcüzəsimi?

Pasi, Finlandiyalı bir elm adamı, Harvard Universitetinin akademiki və yazıçı.

Türkiyə Özəl Okullar Birliyi Dərnəyi`nin hər il keçirdiyi "Ənənəvi Antaliya Təhsil Simpozium`nun spikerlərindən biri idi. "Gələcəyin müəllimi" teması ilə hazırlanan bu konfransda Pasi, Finlandiya təhsil sisteminin inkişaf tarixini anlatdı.

Antaliya Simpoziumu`dan sonra Bahçeşehir Universiteti təhsil fakültəsində " Bir Təhsil Möcüzəsi Finlandiya" başlığı altındakı nitqinə nənəsinin yuxarıdakı sözləri ilə başladı.

Qəzəbli quşların, axının əksinə üzən balıqların, xoşbəxt insanların yaşadığı,
Nokia`nın məmləkəti,
Göllər Diyarı,
Bəyaz Zambaqlar ölkəsi,

Nədir bu Finlandiyanın hikməti?
Niyə bu qədər haqqında çox danışılır?

Pasinin anlatdıqları bilmədiyimiz, çox təəccüblənəcəyimiz şeylər idi? Xeyr. Lakin söylədiyi iki nitqdə də Finlandiya Təhsil Sistemini bütövlükdə təhlil edərək heç bir  uğurun təsadüf olmadığını mükəmməl bir şəkildə göstərdi.

Finlandiya Təhsil Sistemindəki 3 təməl qayda

Qayda 1: Vizionun qədər danış!
Xüsusilə ölkəmizdə mükəmməl görünümlü cümlələrlə kağız üzərində çox şux duran, bəzi qurumların səhifələrinə asdıqları bəzəkli uşaq əyasına "vizion" deyilir.

Biz ölkəmizdəki vizyonu bir kənara buraxaq,
İlham verici bir vizyon (görüntü) misalına baxaq.

"2015- ci ilə qədər dünyadakı ən yaxşı məktəb sistemi olacağıq".
-Oleeeyyyyy!

"Pisa da ən yüksək dərəcəni əldə edəcəyik".
-Yaşasııınnnn!
-Vizyonlarımız bununla bitmirrr.
"Hər uşağın əlinə bir planşet verəcəyik".
-oooooo əllər havaya!

Yuxarıdakılardan heç biri Finlandiya vizyonunu əks etdirmir.

Burada uşaqların xoşbəxtliyi vizyonun ta özünü əmələ gətirir.

"Hər kəs və hər uşaq üçün mükəmməl bir məktəb sistemi".

Bu vizyon (görüntü)  dəyişən kökümətlərdən və Təhsil Nazirlərindən asılı olmayaraq, 40 ildir bu xalqın ortaq görüntüsü.

Qayda 2: Gəlir paylaşımın qədər danış!
Təhsil ilə gəlir arasında necə bir bağlantı var?

Gəlirin bərabər paylaşımı ilə tələbənin uğur qazanması arasında bir korrelyasiya var?

Pasi, galeriyadakı 2 nömrəli qrafiklə bu bağlantını açıqlayır. Gəlir bərabərsizliyinin yüksək olduğu, zəngini çox zəngin, kasıbı çox kasib ölkələrdə təhsil keyfiyyəti və şagird uğurları da aşağı düşür. Finlandiya 40 il əvvəl çox çox aşağılardaykən islahatlardan sonra sürət qaanaraq böyük bir uğur əldə edur. 

Qayda 3: Dövlət atan qədər danış!
Hardadır bu dövlət?

Finlandiyanın yaxşı olduğu sahə təkcə təhsildirmi?

Pasi, cəmiyyətin digər qurumlarının təhsilə necə təsir etdiklərini gözlər önünə sərir.

Sosial və iqtisadi göstəricilərin gözəl olması, texnoloji yeniliklər, cəmiyyətin digər qurumlarındakı uğuru təhsilə də təsir göstərir.

Finlandiya ilə bağlı qarşımıza belə bir tablo çıxır:
İqtisadiyyatı güclü. Dünya iqtisadi forumu sıralamasında 3-ü sırada.
Texnologiyası güclü. Texnoloji inkişaf sıralamasında 1-ci sırada.
Qadınların siyasətçi olaraq çox güclü olduğu bir ölkə. Sıralamada 2-ci yer.
Birləşmiş Millətlər Xoşbəxtlik İndeksinə görə ən xoşbext 2-ci ölkə.
Ana olmaq üçün ən yaxşı ölkə sıralamasında 1-ci.

Və 
Təhsil sitemində də dünyada 1-ci.

Maraqlıdır?
Qəribədir?
Təəccübləndiricidir?
Təsadüf mü?
Möcüzə mi?

Universitetdə Sosiologiya oxuyarkən Sosial Dəyişmə ilə Qurumlar Sosiologiyası dərsi almışdım. Bu dərslərdə hər zaman vurğulanan şey cəmiyyətdəki hər bir qurumun bir-biri ilə nə qədər yaxın və bir ilmək kimi bir-birinə bağlı olduğu idi. Finlandiya hər halda bunun ə yaxşı misalıdır.

"Bəyaz zambaqlar ölkəsində" kitabında bu ölkənin bataqlıqlarından çıxıb necə zambaqlar ölkəsinə çevrildiyinin hekayəsi anlatılır. Əsgəri. müəllimi, mühəndisi bu ölkəni mədəniyyəti, sənayesi, təhsili ilə yenidən təkrar qurmuşlar. Sosial dəyişim və cəmiyyətin mübarizəsinin ən gözəl örnəklərindəndir.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN