Harri Potterin Müəllifi

0
2248
Harri Potterin Müəllifi

Yaratdığı bu əsər onun həyatını 90 dərəcə dəyişir. Yazdığı roman içindən doğulmuş hisslər əsasında yaranmışdır. Coan Ketlin Roulinq 31 iyul 1965-ci ildə İngiltərədə doğulmuşdur.

Coan eynəkli, qapalı xarakterli, bütün idman növlərində uğursuz bir uşaq idi. Məktəbdə yoldaşlarına fantastik və maraqlı əhvalatlar danışardı.
 
O məktəbə getməyə nifrət edirmiş, çünki sinif yoldaşları onu heç sevmirdilər. Yazıçının uşaqlığı kinoda Hermionaya (Harri Potterin yaxın qız dostu) oxşayırdı. Daha sonra Rouling ailəsi Vinterburn adlı şəhərə köçürlər, hansı ki, orada Potter soyadlı qız və oğlanla tanış olur. Bu soyad Coanın ən sevimli soyadına çevrilir. Coanın 10 yaşı olanda onlar Tutşill adlı şəhərə köçürlər, harada ki, Coan məktəbi bitirib. Bəlkə də söhbətin kişi yazıçıdan getdiyini düşünürsüz. Amma, xeyr. "Harri Potter" əsərinin müəllifi qadın Coan Ketlin Roulinqdir. 26 yaşında Coan Portuqaliyaya ingilis dili müəllimi kimi gedir. 1993-cü ildə o, portuqaliyalı jurnalist Xorxe Aranteslə ailə həyatı qurur, Jessika adlı qızları olur. İlk ailə həyatı uğursuz olur. 1994-cü ildə (evliliklərindən bir il sonra) onlar ayrılırlar.
 
Coan işləmir, yalnız uşağına baxırdı. Elə bu boşluqda o, sehrbaz oğlan haqda əhvalat yazmağa başlayır. Xanım əsərini nəşr etmək istəsə də nəşriyyat evlərindən rədd cavabı alır. Və nəhayət 1997-ci ildə kitab azsaylı tirajla "Bloomsbury" adlı nəşr evində çap olunur. Kitab tezliklə oxucular tərəfindən sevilir. Və Coan Harri Potter haqqında daha 8 kitab yazır. 1997-ci ildə işıq üzü görən «Harry Potter və fəlsəfə daşı» romanı demək olar ki, elə həmin an ilin ən yaxşı uşaq kitabı seçilir. Hazırda bu roman 80 dilə tərcümə edilib və bu müddət ərzində 350.000.000 kitab satılıb.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN