Hədəfinizi Dəqiqləşdirin

0
3458
Hədəfinizi Dəqiqləşdirin

Dünyanın ən yaxşı üzgüçülərindən Şorence Chatvikin yaşadıqları, özündəki inkişafı göstərən gözəl bir nümunələrdəndir. Şorence Chatvik, 4 iyul 1952 -ci ildə Sakit okeana düşərək,Kaliforniyaya doğru üzməyə başlayır. Əgər bu sınağını müvəffəqiyyətlə sona çatdırsan bunu edən ilk qadın üzgüçü olacaqdı.

Chatvik çox qərarlı bir şəkildə okeanın sularında üzməyə başladı. Ancaq o gün sıx duman olduğundan göz gözü görmürdü, su isə həddindən artıq soyuq idi. Bu çətin sınaq bir çox insan tərəfindən televiziyalardan dəqiqəbə dəqiqə izlənilirdi. Saatlar irəliləyir, bir tərəfdən yorğunluq bir tərəfdən soyuq var idi. Chatvik üçün dözülməz bir vəziyyət idi. Bu çətin vəziyyətə 15 saat dözdükdən sonra artıq davam edə bilməyəcəyini anlayınca onu sudan çıxarmaqlarını istədi. Yaxındakı gəmidə olan anası və məşqçisi quruya yaxınlaşdığını ifadə edərək üzməyə davam etməsini söylədilər. Amma Chatvik dönüb Kaliforniya sahillərinə baxdığında tək görə bildiyi sıx bir duman idi.

Az sonra Chatvik dözə bilməyərək sudan çıxdı. Istirahət etdi və özünə gəldikdən sonra jurnalistlərin "Sahilə çox az bir məsafə qalmışdı nə üçün bir az daha dözmədin?" sualına "Baxın bəhanə tapmaq üçün demirəm amma qurunu görə bilsəydim bacara bilirdim" cavabını verdi.

Chatvikin vaz keçməsi nə yorğunluqdan nə də soyuqdan irəli gəlirdi. Duman üzündən qurunu görə bilmədiyi üçün hədəfinə çata bilməyəcəyini düşündü və üzməkdən imtina etdi. Özü iki ay sonra eyni məsafəni üzərək keçmiş və rekord qırmışdır....


Tərcumə etdi: Bəsti Mehraliyeva


ŞƏRH YAZIN