İlham mənbəyi

0
4518
İlham mənbəyi

16 aylığında Elli miningit olur. Onun ayaqlarını və əllərini amputasiya edirlər. 5 yaşında o hamı kimi olmadığını anlamağa başlayır. Valideynləri onun özünə qapanacağından çox qorxurdular, amma möcüzə baş verdi. Televizorda Elli Nike şirkətinin reklamını görür. Qızcığazın diqqətini öz protezlərinin köməyi ilə külək kimi hərəkət edən Oskar Pistorius adlı əlil-idmançı cəlb edir. 

Oskarın cəldliyi və azadlığı Ellini ilhamlandırır. O valideynlərindən onun üçün də bu protezlərdən almaqlarını istəyir. Onun xoşbəxtliyinin həddi-hüdudu yox idi. İlk dəfə ayağa durmaqla bərabər, o, həm də Oskarla tanış oldu. Dünyanın ən cəld ayaqsız idmançısı Elliyə özünəinam hissini qaytardı.

 

ŞƏRH YAZIN