İnadı Onu Zirvəyə Qaldırdı

0
2706
İnadı Onu Zirvəyə Qaldırdı

Keçi kimi inadçı deyildi sadəcə... Eyni zamanda keçi mövzusunda da olduqca inadkardı. İnsanların keçi südünə mənfi baxışlarına baxmayaraq, qorxmadı, investisiya etdi. Bu fikirdəki bütün ön mühakimələri yıxdı. Bu da keçi inadından yaranan, Kecheese markasının və Özer Türer'in müvəffəqiyyət əhvalatı ...

Kecheese'in yaradıcısı Özer Türer'in macərası bir inadla başladı. İzmirli iş adamı Özer Türer, keçi südü marağını investisiya çevirmiş, indi də ixrac etməklə məşğuldur. Keçi pendirindən dönər belə hazirlayan Türer, fərdi istehlakı üçün başladığı keçi südü işini bir markaya çevirdi.
 
Özer Türer, İzmirli bir sənayeçidir ... Uşaqlığından gələn bir vərdişlə keçi və qoyun məhsullarına marağı var. Ailəsi üçün qoyun və keçi bəsləməyə və onların məhsullarını istehlak etməyə başlamış. Daha sonra öz keçilərinin məhsuldarlığının xaricdəkilərə görə daha az olduğunu görmüşdür. Uzun bir zaman bu mövzu üzərində araşdırma etmiş, bu araşdırmalar İzmir bölgəsindəki xırda buynuzlu hayvandarlar üçün bir inqilaba səbəb olmuşdu. Bu gün yaratdığı Kecheese markasıyla istehsalçıdan yığdığı və özünün bəslədiyi heyvanlardan aldığı keçi südündən dadlı pendirlər hazırlayır.
 
Kecheese'in ən məşhur məhsulu isə başqa heç bir yerdə tapa bilməyəcəyiniz pendir dönərdir ... "Qoyun və keçi südü iy verər" deyənlərin inadına öz markasını yaradan və xaricə ixracata başlayan Özer Türer ilə, Seferihisar'daki Türer fermasında söhbət etdik.
 
Keçi südünə bu marağınız haradan gəlir?
Biz kənd uşaq idik. Qoyunun, keçinin içində böyüdük. Əslində sənayeçiyəm, ədviyyat administratorluğu edirəm. Bu cütlüyü satın alıb, evimizin qatığı, qoyun pendiri, keçi pendiri olsun deyə bura qoyun və keçilər gətirdik. İşiminə görə xaricə çox tez-tez gedirəm. Getmədiyim ölkə qalmayıb. Bu gəzintilər zamanı bizdəki keçilərin xaricdəkilərdən  daha az məhsuldar olduğunu gördüm. Xaricə gedəndə araşdırma etməyə başladım. Artıq bir keçi, ildə 800 litr 1 ton aralığında süd verə bilir, bizdə isə bu rəqəm 200 litrdir. Hal belə olunca bunun səbəbini axtarmağa başladım. Xaricə ədviyyat işi üçün hər getdiyimdə,  proqramıma bir neçə qoyun keçi cütlüyü də qoydum. O ölkələrdə bu edilir, burada niyə edilə bilmir deyə araşdırmaya başladım.
 
Yaxşı, problem nədir?
Etdiyim araşdırmalarda süddə böyük bir çətinlik olduğunu anladım. Əslində keçi südü istehsalında potensialı yüksək bir ölkəyik amma məhsulu ortaya çıxartmamışıq. Həqiqətən süd pul etmir. İnsanlar da süddən pul qazanmadıqları üçün xirda heyvandarlıq etmək istəmirlər. Bunu anlayanda İzmir Qoyun, Keçi Birliyi olaraq buna bir həll yolu tapmaq istədik. Südü istehsalçıdan layiq olduğu dəyərdə satın almağa başladıq. Etibarlarını qazandıq. Bu gün İzmirdə 4 min 500 adam südçüdür. Biz bu işə ilk başladığımızda Balıkesir və Çanaqqala bizdən daha çox süd toplayırdı. Bu gün baxdığımızda İzmir birincidir ...
 
Yəni istehsalçı  artıq pul qazanırmı? 
Xırdabuynuzlu  heyvandarlıq Türkiyə də pul qazanılmayan, işi olmayan insanların etdiyi bir iş olaraq bu günə gəlmiş, amma biz İzmirdə bunu aşdıq. Bu gün İzmirdə 200-300 cüt qoyunu və keçisi olan istehsalçı, iş adamından daha çox qazanır. Əvvəllər çobanlara qız verməzdilər indi belə deyil. Bu niyə bütün Türkiyədə olmasın?  Hər yerdə ola bilər. Bu sahə Türkyənin hər yerində inkişaf edə bilər. İstehsalçının südünü yaxşı qiymətləndirmək lazımdır. Əgər bu insanlar qazanarsa deməli  bu ölkə qazanar.
 
Kecheese markası necə ortaya çıxdı?
Kecheese əslində mənim inadımla ortaya çıxdı. "Qoyun və keçi südü iy verər" dedilər. Mən də iy verməyəcəyini isbat etməyə qərar verdim. Bazara baxdığınızda əslində insanlarda bir tələb var amma iy verir deyə çəkinirlər. Biz bu qərəzi yıxmağa çalışdıq. Əgər sağılır sağılmaz soyudulmuş bir südü məhsula döndərsəniz həm məhsuldarlıq artar həm də iy vermə problemini ortadan qaldırmış olarsınız. Bu işin olmaması üçün bir səbəb görmürük. Kecheese'in çıxış səbəbi bu oldu.
 
Məhsullarınızı tələb ümid etdiyiniz kimi oldumu?
İki ildir Kechees'le bazardayıq. Bu müddətdə insanların həqiqətən keçi südünü istədiklərini gördük. Dünyada insanlar keçi südünə fərqli bir maraq göstərirlərsə bunun bir səbəbi var. Bu yalnız Türkiyədə deyil, dünya daxilində bir həqiqətdir.. Əvvəl elmi baxımdan baxmaq lazımdır. Elm adamları niyə keçi südünü bu qədər tərifləyirlər? Bəzi mənbələrə görə xərçəngə belə yaxşı gəlir. Keçi südündəki zülallar, fermentlər digər südlərə görə çox sürətli həzm olunur. Ana südünə hətta çox yaxındır. Bu səbəblə körpələr və qocalar keçi südünü seçirlər. İnsanlar keçi südünün daha təbii, daha xeyirli olduğunu bilirlər.
 
Türkiyədə içilən keçi südü istehsal edən başqa hansı firmalar var?
Seferihisar'da iki ayrı istehsal edən marka var. Bu ticarət işidir. İnsanlar bu işdən bir qazanc əldə etmək üçün edirlər. Məhsulu harada daha yaxşı satarlarsa oraya qaçırlar. Seferihisar bu işdə bir az daha ön plana çıxdı. Məncə bizim kimi bir neçə  daha firma olmalıdır ki biz güclü olaq. İnsanlar bəzən rəqibin olmasıni istəməzlər. Bizdə tam tərsi rəqib yoxdur deyə şikayətlənirik. Çünki bütün təqdimatı etmək bizə düşür. Necə inək südü işlədən firmalar çoxdursa, bizdə də belə ola bilər.
 
'Pendir dönər' sizə aid bir məhsul. Bu məhsulu çıxarma fikri necə ortaya çıxdı?
Qoyun südündən və inək südündən pendir dönər edə bilməzsiniz. Pendiri dönər kimi yüksək bir şəkildə qat qat  düzüb və qarşısına od qoyursunuz. Nəticədə süd bu odu görüncə əriyər. Qoyun və inək südü istiyə dözmür. Amma keçi südü dözür. Bunu biz dəfələrlə təcrübə etdik.. İrəlidəki günlərdə çox fərqli növlər çıxacıq. İki il içində 12 fərqli müxtəlif bazarda olacağıq.
 
Xaricdən tələb varmı məhsullarınıza, xüsusilə pendir dönerinə?
Bu an Malayziyaya gedib iş adamları ilə görüşürük. Qablaşdırma mərhələsindəyik. Dünyada keçi südü istehsal edən ölkə o qədər azdır ki,ən çox keçi südü istehsal edən ölkə Türkiyə, sonra Fransa gəlir. Bundan 5 il əvvəl Fransa birinciydi sonra İngiltərə gəlir. Yunanıstan az istehsal edir. Ancaq özünə çatacaq qədər ... Keçi südünü tədarük edə bilməyən ölkələr də necəsə biz bunu tədarük edə bilmərik düşüncəsiylə yanaşmırlar. Dünya Türkiyədəki bu inkişafı eşidəndə  buraya hücum edəcək. Malayziya yalnız bir başlanğıc......
 
 
Tərcümə edən: Bəsti Mehraliyeva
 

ŞƏRH YAZIN