İş Axtaran Gənc Oğlan Ən Varlı Sahibkar Olmağı Necə Bacardı?

0
11687
İş Axtaran Gənc Oğlan Ən Varlı Sahibkar Olmağı Necə Bacardı?

Gündəlik həyatda vəziyyətimizi yaxşılaşdırmaq üçün bir çox fürsətlərlə qarşılaşırıq.Amma bu fürsətlər  “iş donu” geyindiklərindən onları düzgün dəyərləndirmək əlavə məharət tələb edir. Fürsətdən istifadə etmək yalnız qazanc gətirir:ya uğur,ya da ondan daha vacib olan uğursuzluq təcrübəsi qazanırsınız.Hekayəsini danışacağım gənc sahibkar da əlinə düşən fürsəti dəyərləndirənlərdəndi.Nəticəsi isə... oxuyun.
ABŞ-da iş axtaran gənc bir oğlan avtomobil sənayesinin maqnatı,məşhur sahibkar Henri Fordun qəbuluna düşmək istəyir.Fordun katibəsi oğlana müdirinin onunla yalnız 8 ay sonra görüşə biləcəyini deyir.Razılaşdıqları vaxtda görüşmək üçün gənc səkkiz ay sonra yenidən şirkətə yollanır.Katibə Fordun bir görüşü olduğunu,amma gəncin onunla birlikdə gedə biləcəyini söyləyir.O,dünyanın ən məşhur sahibkarlarından biri ilə maşına əyləşir.Yolda heç biri ağzını açıb danışmır.Bir qədər sonra ikisi birlikdə bir mağazaya girirlər.Mağaza sahibi onları ehtiramla qarşılayır.Gənc oğlan Fordun yanında daha 5 marketə baş çəksə də,ikisinin arasında heç bir söhbət olmur.Nəhayət, geriyə qayıtmaq üçün maşına əyləşəndə gənc dayana bilmir və Forda:“Bağışlayın, niyə mənimlə danışmırsınız?Axı,biz sizinlə mənim işə götürülməyim barədə söhbət etməliyik.Mən 8 aydır ki,bu anı gözləyirəm”– deyir.
“Deməli, səninlə söhbət etməliydik hə?! Çox yaxşı...” – deyən Ford gəncdən maşından düşməsini xahiş edir və özü də oradan uzaqlaşır.
Cibində bir qəpiyi belə olmayan və şəhərin kənar bir məhəlləsində qalan gənc əsəbindən nə edəcəyini bilmir və piyada evinə yollanır.Amma bütün gün boyu fikirləşirdi ki,məşhur sahibkar ona bu hərəkətlərlə nə çatdırmaq istəyirdi? Bu hadisədən necə dərs çıxarılmalıdır?
Bir neçə gün fikirləşdikdən sonra öz-ozlüyündə müəyyən qərara gələn oğlan Fordla birgə getdikləri ilk mağazaya baş çəkir.Oranın sahibi oğlanı böyük ehtiramla qarşılayır və sanki Fordla söhbət edirmiş kimi,gəncə iltifat göstərir.Digər mağazalarda da eyni münasibəti görən oğlan market müdirlərinə işgüzar təklif verərək,onların məhsullarını pərakəndə məntəqələrə yaymaq istədiyini bildirir.Hər birindən müsbət cavab alır və əlində bir qəpiyi belə olmadan işə başlayır. Beş il sonra həmin gənc Amerikanın ən varlı sahibkarlarından biri olur və qərara gəlir ki,Henri Fordu ziyarət edib ona öz təşəkkürünü bildirsin.Katibədən görüş üçün vaxt istədikdə aldığı cavabdan heyrətə düşür:
“Buyurun, cənab Ford elə sizi gözləyirdi”.
Görüş zamanı Ford ona bunları deyir: “Həmin yerdə maşından düşürtdüyüm nə birinci, nə də axırıncı adamsınız.
Amma onların arasında yalnız siz mənim nə demək istədiyimi başa düşdünüz və elə o gündən bəri mən sizin fəaliyyətinizi yaxından izləyirəm”.

 

Korrektə etdi:Günel İbadova 

ŞƏRH YAZIN