İş Həyatına 12 Dollarla Başladı Və ...

0
8225
İş Həyatına 12 Dollarla Başladı Və ...

Onun iş həyatı 12 dollarlıq aylıq maaşı ilə başlayıb. İndi isə "Forbes"in siyahısında 11 milyard dollar sərvəti ilə 113-cü sırada yer alır. Qeyri-rəsmi qiymətləndirmələrdə onun sərvəti 22 milyard dollar civarında dəyərləndirilir.

Əsl adı Yun Ma olsa da, hazırda bütün dünya onu Cek Ma kimi tanıyır. Bəli. Uğur hekayəmizin qəhrəmanı Alibaba.com təsisçisi olan Cek Madır.

Bu sayt qısa zaman kəsimində hər kəs tərəfindən online satış saytı kimi tanındı. Asiya regionunda rəqabətə qoşulan bu sayt Ebay və Amazon kimi e-ticarət saytlarının liderlik etdiyi dövrdə hər iki rəqib şirkətin cəmdə olan dövriyyəsini ötüb keçib. Yahoo şirkəti uzaq görənlik edərək Alibaba şirkətinin 40% lik hissə payını 1 milyard dollara alır. Elə bir neçə il sonra öz 17%-ni Yahoo-dan 6.3 milyard dollara geri alan Alibaba şirkətinin dəyəri hal-hazırda 150 milyard dollar olaraq qiymətləndirilir. Şübhəsiz ki, bu cür nəhəng rəqəmlərin arxasında bir o qədər də nəhəng insan xarakteri və lider xarizması dayanır. Söhbət Alibaba.com təsisçisi olan Cek Ma-dan gedir. Bütün dünya onu Amazon və Ebaya atdığı maraqlı bir atmacaya görə tanıyır:  ”Əgər Atlantik və Sakit Okeanın balinaları varsa, Yanszının da öz timsahı var.”

O, öz biznesini qurmaq və böyütmək istəyən gənclərə məsləhətlər verir.

1. Hərkəsi razı sala bilməyəcəksiniz. Lakin hər kəsi ümumi bir ideya ətrafında toplamaq mümkündür. Bütün işçilərinizi eyni cür düşünməyə məcbur etmək alınmayacaq. İşçilərinizin 1/3 onsuz da sizə inanmır. Ancaq hamını böyük və həyəcan verici bir ideya ətrafında toplamaq olar. Sizin şəxsiyyətinizə deyil ideyaya pərəstiş edilməlidir.

2. Sizin işçilərinizin texniki biliyi sizdən daha üstün olmalıdır. Əgər sizin şirkətin işçiləri sizin qədər və ya sizdən daha az bilirsə deməli düzgün insanları seçməmisiniz.

3. Həm siyasət, həm də bizneslə məşğul olmayın. İkisindən birini seçin. Pul və siyasət bir araya gələndə barıt və kibrit bir araya gəlmiş kimi olur. Partlayış mütləqdir.

4. Rəqiblərinizə düşmən gözü ilə baxmayın. Rəqabət şahmat oyununa bənzəyir. Bir partiyanı uduzmaq dünyanın sonu deyil. Hər zaman növbəti partiyanı oynamaq imkanınız var. Həqiqi iş adamının düşmənləri olmur. Bunu nə qədər tez anlasanız sizə zaval yoxdur.

5. Kim daha vacibdir sualına bu sıralama ilə cavab verin: 1. Müştəri 2. İşçilər 3. İnvestorlar – Sıralama başqa cür olsa sizin biznesin ömrü qısa olacaq.

6. Öz biznesinizi quranda stabil gəlir, illik bonuslar və sığortadan məhrum olunursunuz. Ancaq digər tərəfdən isə gəlirinizə məhdudiyyət qoyulmur. Başqalarından asılı olaraq yaşamırsınız. Vaxtınız bütövlüklə özünüzə aid olur.

7. Əgər mənim iclaslarımda müzakirəyə qoyulan qərar 90% səs üstünlüyü ilə qəbul edilirsə həmin qərarın yazılı olduğu kağızı zibil qutusuna atıram. Hər şey bəsitdir. Əgər hər hansı bir fürsət açıq aydın özünü biruzə verirsə deməli rəqib şirkətlərimiz də bu fürsət üzərində iş görür. Deməli həmin sahənin liderinə çevrilmək çətinləşir. İlk başdan gözə görünməyən və rahatlıqla izah edilə bilməyən fürsətləri araşdırın.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN