Məktəbi Bitirməyən Məşhur Biznesmenin Uğur Hekayəsi.

0
2179
Məktəbi Bitirməyən Məşhur Biznesmenin Uğur Hekayəsi.

İshaq Alaton deyir ki, “Sizi narahat etsə də,özünüzə bəzi suallar verin.”
O,türk iş adamıdır,Alarko Şirkətlər Birliyinin idarə heyətinin sədridir.Yoxsulluq və çətinliklər səbəbindən məktəbi bitirə bilməyib.Ailəsinə baxa bilmək üçün Mehmet Kavala şirkətində gətir- götür işlərinə başlayıb.Volvo idxal edən şirkət vasitəsilə İsveç Konsulu ilə tanış olunca şansı dəyişib.İsveçdə bir lokomotiv fabrikində qaynaqçılıq etməyə başlayıb.

Bu illər İshaq Alatonun dünya görüşünün şəkilləndiyi,ictimai demokratiya ilə tanış olduğu illər olub.İnsan hüquqlarına hörmət,qazancın digər dünya ölkələrinə görə mükəmmələ yaxın olduğu İsveçə heyran qalıb.

28 yaşında Türkiyəyə dönərək Üzeyir Garih ilə birlikdə Banklar Prospektində "Vefai Han"da bir otaqda ortaqlıq qurub.2000-ci ildə isə,yaradılmasının 46-cı ilini qeyd edən 6 min işçisi olan Alarko Holdinqin təməlini atıb.

Onun uğurunun sirri isə, prinsipləridir.
İshaq Alaton deyir ki: "Plan qurmaq sizin üçün heç bir önəm kəsb etməyə bilər.Bu yerdə ingilislərin bir atalar sözünü deməklə kifayətlənirəm:“Çatacağı limanı bilməyən yelkənli qayıqçı üçün heç bir külək əlverişli deyildir.”Siz hədəfinizi arzu və istəklərinizə görə müəyyənləşdirməmisinizsə,maddi və mənəvi sərvətiniz  heç bir işə yaramayacaqdır.

İndi dərin bir nəfəs alın,güzgünün qarşısına keçin və uzun bir müddət gözlərinizin içinə baxın. Özünüzü tapmağa və tanımağa çalışın.Sizi narahat etsə də,özünüzə bəzi suallar verin.Keçmiş günlərdə yaşanan bəzi xoşagəlməz hadisələri yenidən xatırlayın.Bunların pis nəticələrində sizin payınızın nə qədər olduğunu müəyyən etməyə çalışın və bunları düşünərkən mümkün qədər tərəfsiz olun.Daha sonra bu suallara cavab verməyə çalışın:Bugünkü çalışdığınız iş sizə uyğundurmu? Sizə həyəcan verirmi? Hər gün yeni bir şey öyrəndiyinizi və  bunları hər gün daha yaxşı istifadə edib,müsbət nəticələr əldə etdiyinizi hiss edirsinizmi?"
 
Korrektə etdi:Günel İbadova
 
 
 

ŞƏRH YAZIN