Rədd Cavabı Alıb Uğur Qazanmışam

0
19518
Rədd Cavabı Alıb Uğur Qazanmışam

Çinin ən varlı adamı, "Alibaba"-nın sahibi (29.7 milyardı var) Jack Ma'nın Davosdakı çıxışı zamanı insanı ruhlandıran və özünəinamı artıran bir neçə məqama toxunmuşdu. Onun super yumor hissi var. Beləliklə, o deyir ki:

-10 dəfə Harvarda müraciət etdim, hamısında mənfi cavab aldım. Sonra fikirləşdim ki, bir gün gərək gedib dərs deyim orada.

-30 dəfə iş müraciətlərimə rədd cavabı verildi. Çində KFC-də iş üçün 24 nəfər müraciət etdi, 23 nəfər qəbul edildi, mənə rədd cavabı verildi. 5 nəfər polisə müraciət etdi, 4-ü qəbul edildi, mənə rədd cavabı verildi. İnanmıram ki, dünyada kimsə 30 dəfədən artıq rədd cavabı alsın. Mən bu qədər rədd cavabı alıb uğurlu olursamsa, hamı uğurlu ola bilər.

-Liderlik məsuliyyət götürmək deməkdir. Davosda ilk dəfə olanda zəng edib dostuma dedim ki, online ödəmə sistemi qur, əgər buna görə kimisə həbs edəcəklərsə, mən həbs edilməyə razıyam.

-Forrest Gump filminə baxanda düşündüm: Gördüyün işə inan və o işi gör, insanlar bu işi sevsə də, sevməsə də.

-Mənim rolum dünyanı dəyişmək deyil, bu, Obamanın işidir.  Mənim işim dünyanı inkişaf etdirməkdir. Əsas olan öz komandamın xoşbəxt olmasıdır. Komandam xoşbəxt olanda müştərilərim də xoşbəxt olur.

-Həyat yoldaşımdan soruşdum: Ərinin varlı olmasını, yoxsa, hörmət edilən olmasını istəyirsən? Xanımım dedi ki, əlbəttə, hörmət edilən olmasını.

-Sənin 1 milyonun olanda, bu pul sənindir. 20 milyonun olanda, problemlər başlayır. İnflasiya və s. haqqında düşünürsən. 1 milyardın varsa, bu pul sənin deyil, insanların sənə verdiyi, göstərdiyi etimaddır.
 
 
Redaktor:Əliyeva Zeynəb

ŞƏRH YAZIN