Rədd Edilməkdən Qorxmayın!

0
2756
Rədd Edilməkdən Qorxmayın!

Hər insan həyatında ən az bir dəfə rədd edilib. İstədiklərini əldə edənlərlə, edə bilməyənlərin arasındakı fərq istəklərinə çatanların özlərinə və etdikləri işlərə inanmaları və sınamaqdan əsla və əsla imtina etməmələridir. Tarixdəki məşhur adların əldə etdiyi uğurların arxasında bir çox rədd cavabı almalarına qarşı səylərini eyni əzmlə davam etdirmələri durur. Onsuz da rədd cavabına məğlub olanları tarix də ağılından çıxarıb.


İlk çağın məşhur natiqlərindən Demos
fen ilk dəfə xalq qarşısında danışmağa başladığında xalq ona qəhqəhələrlə gülmüş və kürsüdən uzaqlaşdırmışdır.Kəkələməsinə baxmayaraq içində böyük bir natiq olma arzusu daşıyırdı. Çox çalışdı, ağzına dəniz sahilində tapdığı çaylaq daşlarını qoyaraq danışma məşqləri edərək özünü inkişaf etdirdi. Və sonunda dünyanın ən böyük natiqlərindən biri olmağı bacardı.

Richard Baxın inkişaf həvəskarlarının sevərək oxuduğu Martı Jonathan adlı kitabı tam 18 nəşr evi tərəfindən rədd edili
b. 1970-ci ildə çap edildiyində isə böyük bir maraq görərək günümüzə qədər dünya səviyyəsində bəyənilərək oxunan kitablar arasına daxil oldu. 


Uolt Disney siçanlarla dolu bir qarajda " Miki Siçan" ( Mickey Mouse ) adlı məşhur cizgi film qəhrəmanını yaradıb şöhrət qazanana qədər onlarla işdən rədd cavabı alıb. Bir dəfə bir qəzet redaktoru onda zərrə qədər şəkil qabiliyyətinin olmadığını söyləyib və Disneyland'ı qurmazdan əvvəl bir neçə dəfə iflas edib.

Genetika elminin qurucusu Mendel də bir çox dəfə istədiyi universitetlərə qəbul edilməmiş və ya oxumayaraq yarıda buraxıb. Hətta bitirmədiyi universitetin bir professoru onun üçün " bir elm adamı üçün lazımlı olan aydın düşüncə qabiliyyətinə sahib deyil"-, deyib .


Məşhur sahibkar Henr
i Fordun ardıcıl avtomobil istehsalı ilə əlaqədar layihəsinin kredit tələbi " avtomobil ancaq keçici bir modadır" səbəbiylə bir bank müdiri tərəfindən rədd edilib. Ford avtomobilləriylə müvəffəqiyyətə çatana qədər tam beş dəfə iflas edib, ancaq vizionu və əzmi sayəsində avtomobil sektorunun qurucusu və bir nömrəli adı halına gəlib.

Məşhur musiqiçi Be
thoven kiçik yaşlarda skripka tutuşunu bəyənməyən müəllimi tərəfindən " Musiqiçi ola bilməz! " deyilərək gözardı edilib.

«Külək Kimi Keçdi » adlı kitabıyla tanınan yazıçı Margaret Mit
çellin bu kitabının 38 dəfə rədd edilməsindən sonra çap edilib.

 

Məşhur romançı Charles Dickens işindən artıq qalan zamanında əhvalatlar yazdı. Lakin, naşirlərə göndərdiyi bu əhvalatlar davamlı rədd edildi. Ta ki bir gün müsbət cavab alana qədər .


İtalyan tenor Enrico Caruso'nun musiqiyə başladığı ilk illərdəki müəllimi onun üçün, " səsin pəncərə kənarından girən küləyin çıxardığı fit səsinə bənzəyir" deyib və ona dərs verməyi rədd edib. Ancaq Caruso işiylə daha sonra dünyanın ən böyük tenorlarından biri olmağı bacarıb.

 

 Korrektor redaktor: Salmanlı Ayna

ŞƏRH YAZIN