Renault Və Dünyanı Heyrətə Salan Uğur Hekayəsi

0
3016
Renault Və Dünyanı Heyrətə Salan Uğur Hekayəsi

Varlı ərköyünlərə adətən əsəbləşərik, amma nə yalan söyləyək bir çox kəşfi də onlar həyata keçirərlər. Çalışar, vuruşar və insanlığa üfüq açarlar. Niyə? İlk növbədə çörək pulu kimi bir  dərdləri yoxdur, yemək arxasınca qaçmaz, adi bir əlamət üzərində aylarla düşünərlər. Araşdırmaları üçün pul tapmaqda çətinlik çəkməz, lazım olanda əllərini ciblərinə salarlar.

Louis Renault 1877-ci ildə Parisdə dünyaya gələn bir bəydir. Atası yaxşı pul qazanan bir yun taciri olmuş, uşaqları çətinlik görməmişdir. Onlara digər atalar kimi latınca, yunanca və qrammatika öyrətməmişdir. Peşə seçimini öz ixtiyarlarına buraxmışdır. Louis alət xəstəsi idi, hələ 5 yaşındaykən dostlarından eşitdiyi lokomotivi görmək üçün stansiyaya  qaçardı. 15 yaşında bir şagird olarkən motorlu alətlərə maraq salır, hətta xərcliyindən yığdığı pullarla 0,75 hrs gücündə De Dion Bouton markalı bir avtomobil alıb, sağını, solunu sökməyə başlayır. Kont Albert De Dion və ortağı çilingər Georges Boutonun istehsal etdiyi avtomobillər faytondan yaradılan "yamaqlı boxça"dırlar. Gənc Louisin hələ maşın istehsal etmək kimi bir fikri yox idi, avtomobilini Paris yaxınlığında (Billancourt`dakı) köhnə bir qaraja atır. Qardaşları ilə baş-başa verir, həvəskar həyacanlarla  "bunu necə inkişaf etdirmək olar" deyə fikirləşərlər. 
 
Louis bu maşını sanki yenidən istehsal edir, bir çox əlavələr qatırdı. Və Renaultun ilk kiçik avtomobili "Voiturette" meydana çıxır. Bu maşın 3 irəli və 1 geri çarxlı mexanizmi ilə yeni bir cığır açır. Bundan əlavə matordakı gücü qayış və zincirlə deyil, sabir bir mil vasitəsi ilə birbaşa arxa oxa ötürülür. Maşın daha faydalı olur və səssizliyi ilə diqqət çəkir.
 


 

Voiturette
 
24 dekabr 1898-ci ildə küçələri motosiklet ilə gəzməyə başlayan Voiturette həmcinsləri kimi sadəcə düz yolla getməz, 13% eniş-yoxuşları da rahatlıqla çıxardı. Louis daha güclü və daha müasir motosikletlər üçün çalışdığı vaxtlarda generator  sistemlərinə də əl atır, gətirdiyi icadlarla sanki çevriliş edirdi. Təsəvvür edin ki, hələ 21 yaşında olarkən (1898)  qardaşları Fernand və Marceli arxasınca aparıb, Renault Freres" şirkətini yaradır.
 
1899-cu ildə Paris-Trouville arasında bir yarış hazırlanır ki məsafə 170 kilometri keçir. Renaultlar hazırladıqları xüsusi avtomobillə yarışı rahatlıqla qazandılar. Bu qələbədən sonra qapısını döyənlər artır, yağış kimi sifaroş yağırdı. Ataları onlara 8 min ingilis fundu sərmayə verir ki, ilk sifariş üçün bu pul yetərincə kifayət edərdi.
 
Louis Renault əsla " yaxşı, indi alındı" deməz, hər zaman "daha da mükəmməl"i axtarırdı. Gənc təşəbbüskar həmin ilin sonunda Billancourtdakı qarajı fabrikə çevirir və 110 nəfər işçi işlədir. Qardaşlar növbəti il inkişaf etdirdikləri  idman avtomobili ilə (E modeli) Paris-Bordeaux və Paris-Berlin yarışlarını qazanır. İki silindirli "H" modelinin (1902) ardınca, dörd silindirli "K" modeli ilə Paris-Viyana yarışında qalib gəlirlər. Lakin 1903 Paris-Madrid yarışında qəzaya düşər, Marceli dəfn edərlər, bir müddət sonra Fernand da həyata vida edir.
 
Louis tək başına qalır. Bəli gücünü itirir, lakin ağlındakı qeyri-adi həmlələri də bu illərdə həyata keçirirdi. Məsələn, işini-gücünü buraxıb Parisli faytonçularla oynayar, həyatı boyu qamçı yelləyən adamlara "atsız araba" satar. Arabaçılar keçmişdən qalma alətlərini əldən çıxarıb, Renaultun iki silindrli arabalarından alırlar. Louis belə imkanları yaxşı yaxalayar və yelkənini küləyin istiqamətində açmağı bacarırdı. Tələb artdıqca davamlı istehsala keçir və işçilərini ixtisas sahibi peşəkarlardan seçər. Biri sadəcə rəng, digəri sadəcə döşəmə üzərində çalışır, işlərində peşəkar olurdular. Renault, qurulmasından 9 il sonra New York, London və Berlində ofislər açır, bununla da kifayətlənməyib gəmi və təyyarə matorları da istehsal etməyə başlayır.

Bu illərdə qardaşlarının yoxluğunu dərindən hiss edir. Marcel və Fernandı çox axtarır. Artıq sadəcə istehsalı deyil, satış və mühasibatı da ondan soruşurlar. Amma onun öncəliyi bir avtomobildir. Təcili yardım maşınları, yük maşınları, yanğın söndürən maşınlar istehsal edir. Renaultun paxlava diliminə bənzəyən loqosu kiçik və sadə avtomobillərdən, lüks ıimuzinlərə qədər bir çox model sahəsində parıldayırdı.  Gün gəldi (1914) "Societe des Automobiles" 4 min 400 işçisi ilə bir sənaye nəhəngi oldu, bundan dörd il sonra da (1918) işçilərinin sayı 22 mini keçdi.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN