Sadəcə Gözlərindən İstifadə Edərək Kitab Yazdı

0
1052
Sadəcə Gözlərindən İstifadə Edərək Kitab Yazdı

O ALS xəstəsidir. Bədəni tamamilə yatağa asılıdır. Danışa bilmir, əllərini tərpədə bilmir. Sadəcə başını hərəkət etdirir. Bədəni yatağa bağlı ancaq zehni dayanmayan bir uğur hekayəsi.

"Zehindirmi bizi insan edən, bədənmi"? Bu sözün sahibi Beyhan Gökbulut (50), qırx yaşlarına qədər bu sualın cavabını bilmirdi. Ancaq Gökbulut, bir səhər oyananda bədəninin ondan yavaş-yavaş uzaqlaşmağa başladığını hiss etdi. Əvvəl sol əli, sonra bədəninin digər hissələri
 
Atatürk Universitetində İngilis Dili və Ədəbiyyatı Bölümündə oxuyan və uzun illər müəllimlik edən Beyhan Gökbulut, təqaüdə çıxdıqdan sonra psixologiya oxumağa qərar verib.İstanbul Ticarət Universitetinin psixologiya fakültəsini qazanan Gökbulutun həyatı ikinci sinifdə bir anda dəyişdi. Dekabr 2013-də ALS diaqnozu qoyulan Gökbulutun xəstəliyi sürətlə irəliləyirdi.
 
Gökbulut, yatağa məhkum olsa da, əzmlə imkansızı bacardı. Qızı Bihter İyidoğan və 29 May Universiteti tələbələrinin köməyi ilə kitab yazdı. Keçmiş həyat yoldaşından özünə şüşəsiz bir eynək nizamlayıb kənarına da lazer bağlamasını istədi. Yatağının qarşısındakı divara da hərflər asdırdı.
 
Sadəcə başını hərəkət etdirən  ALS xəstəliyindən əziyyət çəkən Beyhan Gökbulut, eynəyinə taxılan lazerlə divardakı hərfləri seçdi, tələbələri isə hərfləri 6 ay kağıza köçürərək kitab halına gətirdi.
 
Gökbulut lazerlə hərfləri seçir tələbələr kağıza köçürürdü. “Bir-bir Tərk Etdilər” adını verdiyi və həyatını yazdığı kitabı beləcə 8 ayda yekunlaşdı. İki ildir İstanbuldakı evində ALS xəstəliklə yaşamaq məcburiyyətində qalan və yalnız başını sağa sola hərəkət etdirən Gökbulut, eyni üsulla suallarımızı cavablandırıb.
 
“MƏQSƏDİM İLHAM OLMAQ”
 
Hər zaman kitab yazmaq istədiyini ifadə edən Gökbulut, "Bu kitabı yazmaqda ən böyük məqsədim insanlara təlqin etmək" idi deyə danışdı. Gökbuluta kitabını yazma prosesində böyük dəstək verən qızı Bihter İyidoğan isə, "Hər zaman planları layihələri olan anama əldə etmiş oldum ki, beləliklə. Kitabı çox sevirəm. Anamın bir hissəsidi "o" dedi.
 
 
 
TƏRCÜMƏ ETDİ :KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN