Stiv Cobsun İlham Verici Həyat Hekayəsi

0
3901
Stiv Cobsun İlham Verici Həyat Hekayəsi

Hər fürsətdə “Qəlbinizi  və daxili səsinizi dinləyin.Hər gününüzü son gününüzmüş kimi yaşayın” deyən Cobs həyatını xəyallarını izləməklə keçirib.Yaxşı ki,də elə edib.

Stiv Paul Cobs 24 Fevral 1955-ci ildə San Fransiskoda doğulub.O dövrdə universitet şagirdi olan bioloji valideynləri Coann Schieble və Suriya əsilli Abdulfattah Cohn Jandali evli olmadıqları səbəbiylə körpələrini övladlıq vermək məcburiyyətində qaldılar.Bir neçə ay sonra evlənən cütlüyün bir də qızları oldu.“International Business Times” ın xəbərinə görə bundan bir neçə ay əvvəl mediaya oğluyla tanış olmaq istədiyini söyləyən Jandali, “Pulunun arxasında olduğumu düşünməsini istəmədiyim üçün qürurum icazə vermədi Stivə zəng etməyə.Bunu o etməli idi.Mənim pulum var amma oğlum yoxdur.Bu məni məhv edir“deyə şərh etdi,amma Cobsdan qarşılıq görmədi.Lakin Stivin bioloji bacısı Mona Sompson ilə çox yaxşı bir əlaqəsi var idi.

İstənməyən körpəni övladlığa götürən və ona Stiv adını verən Paul və Klara Cobs San Fransisko yaxınlarındakı Santa Clarada yaşayan işçi sinifindən bir cüt idi.Mountain Vievdə yaşadıqları evdə illər sonra Stiv Cobs ilk Apple kompüterini əlləriylə düzəldəcəkdi.

1972-ci ildə Portland,Oregondaki Reed Universitetinə girən Cobs akademik həyatın intizamına uyğunlaşa bilmədiyi üçün birinci dövrün sonunda məktəbi buraxdı.Video oyunlar istehsal edən Atari adlı şirkətdə texnik olaraq işə başlayan Stiv,eyni dövrdə Homebrev Computer Club (Ev Kompüter Klubu) ilə tanış oldu.O dövrdə Hevlett-Pakardda kalkulyatorlar üzərində çalışan Stiv Vozniak ilə birlikdə nizamlı olaraq qatıldıqları bu görüşlərdən birində inqilab xüsusiyyətindəki kəşflərini ilk dəfə paylaşdılar. Vozniakın Stiv Cobsun ailəsinin qarajında ​​yaratdığı anakart kompüter klaviaturasında basılan hərfin monitorda meydana çıxmasını təmin edirdi. Bu bir ilk idi!

1 Aprel 1976-ci ildə Apple quruldu O sırada aralarında olan üçüncü qurucu ortaq Ron Vayne iki həftədən qısa bir müddət sonra ayrıldı.Vozniakın yaratdığı Apple,o yay 666.66 dollardan satışa təqdim edildi.Cobsun vəzifəsi isə istehsal üçün qaynaq yaratmaq və məhsulun satışını icra etmək idi.İlk dövrə kartlarının pulunu ödəyə bilmək üçün Cobs Volksvagen avtobusunu 250 dollara,Vozniak isə Hevlett-Pakkard hesab maşınını 500 dollara satdı.
Şirkət sürətlə böyüyərkən,Cobsun fərdi həyatı da dəyişirdi.23 yaşındaykən sevgilisi Krisan Brennandan Lisa adında bir qızı oldu.Dava açaraq sonsuzluğu səbəbiylə Lisanın atası ola bilməyəcəyini iddia etdiyi haqda dedi-qodular gəzsə də Cobs qızını qəbul etdi,amma Brennan ilə evlənmədi.1991-ci ildə özündən doqquz yaş kiçik olan Laurene Povell ilə həyatını birləşdirən Cobsun Reed (1991), Erin (1995) və Eve (1998) adında üç uşağı daha oldu.
1980-ci ildə Apple yığdığı 110 milyon dollar ilə insanların o günə qədərki ən yüksək arzularından birini reallaşdırdı və 1982-ci ildə şirkətin gəliri 1 milyard dollara qədər yüksəldi.
1983-cü ildə Pepsinin marketinq qurucusu Con Skulley, Applenin CEOi olaraq təyin edildi.Eyni il bazara sürülən Lisa modeli çox yenilikçi olmasına baxmayaraq xərcli olduğu üçün iki il içində geri çəkildi.Bir il sonra ilk qrafik istifadəçi interfeysi və “böyük düşün” yanaşması Makintoş önə sürüldü.Ridley Skottun idarə etdiyi “1984” adlı əfsanəvi reklam filmi 900,000 dollar kimi o dövrdə eşidilməmiş bir məbləğ qarşılığında o ilki “Super Bovl” da (ABŞ amerikan futbolu liqanın final matçı,dövrə arasında reklam vermək hələ çox bahalı və prestijlidir) nəşr olundu.
Cobs, NeXT adlı təchizat və proqram inkişaf etdirmə şirkətini qurdu və “Ulduz Döyüşləri” nin yaradıcısı Corc Lukasdan Piksarı satın aldı. (Piksar 1995-ci ildə 140 milyon dollar yığdı,2006-cı ildə 7.4 milyard dollara Disneydə satıldı.) 1989-cu ildə ilk NeXT kompüteri 6,500 dollar etiket qiymətiylə satışa çıxarıldı.Bu məhsul çox sayda satılmış olmasa da təsirli bir bilgisayardı.Dünyanın ilk internet skaneri bunlardan birində yaradıldı.Software,bu günkü Mac kompüterlərin və iPhonelarının təməlini meydana gətirdi.
1993-cü ilin ilk rübündə Apple 188 milyon dollar zərəri olduğunu açıqladı.Maykl Spindler,CEO vəzifəsini Skulleydən götürdü. Microsoft istifadəsi əvvəlki modellərə görə daha asan olan Windows 95-i bazara sürdüyündə Apple rəqabətdə çətinliklə qarşılaşdı.Cobsun şirkəti həlli NeXT-i 430 milyon dollara almaqda və onların inkişaf etdirdiyi proqramları istifadə etməkdə gördülər.1996-cı ildə Cobs Apple-ə məsləhətçi olaraq geri döndü.CEO yenə dəyişdi,Gil Amelio vəzifəyə gəldi.

1990-cı illərin ortasında iflasın bir addımlığından dönən "Apple"ı 2011-ci ilin avqustunda "dünyanın ən qiymətli şirkəti” ünvanına qovuşduran Stiv Cobs,son yeddi ildir pankreas xərçəngiylə mübarizə edirdi.2004-cü ilin oktyabrında əməliyyat olduğunu və yaxşılaşacağını söyləyən Cobsun həddindən artıq kilo itirdiyini görməmək mümkün deyildi.2008-ci ildə etdiyi şərhdə “şirkətdən ayrılmağı düşünmədiyini” söyləyən əfsanəvi CEO, 2009-cu ilin əvvəlində bir müddət icazə almaq vəziyyətində qaldı və qaraciyər nəqli əməliyyatı oldu.
İyunda vəzifəsinin başına dönməsinə baxmayaraq sentyabrda qatıldığı Apple təşkilatında halsızlığı gözlərdən qaçmadı.2011-ci ilin başında təkrar icazəyə çıxan Cobs şirkət işçilərinə göndərdiyi mesajda gündəlik işləri buraxacağını,ancaq hələ CEO olduğunu və əhəmiyyətli qərarları özünün verəcəyini açıqladı.24 avqustda istefa edən Cobs,iPhone 4S başlanğıcından bir gün sonra aramızdan ayrıldı.

 
Korrektə etdi: Günel İbadova
 
 
 
 

 

ŞƏRH YAZIN