Uğur Qazanmaq Üçün Çox Çalışmaq Gərəkir

0
4464
Uğur Qazanmaq Üçün Çox Çalışmaq Gərəkir

Hüsnü Özyeğin: “Müvəffəqiyyət qazanmaq üçün nələri bildiyiniz deyil, nələri bilmədiyiniz önəmlidir.”

Türkiyənin ən zəngin adamlarından olan Hüsnü Özyeğin Finans Bankın və Fiba Şirkətlər qrupunun yaradıcısıdır. İlk işinə 6 yaşında babasının mağazasında köməklik edərək başladığını söyləyir. Robert Kollecində oxuduğu dövrdə isə, İstanbula gələn bir Yapon sərgi gəmisində tərcüməçilik edib. ABŞ-da Oregon Əyalət Universitetinin inşaat fakultəsində oxuyan və Harvardda magistr təhsili alan Hüznü Özyeğin Amerikada təhsil aldığı dövrdə şaxta boran demədən işləyib. İnşaat mühəndisliyi praktikantında ofisiantlığa qədər bir çox işdə çalışıb. Harvardda ikinci kursda oxuyarkən universitetin bufetini işlədib və o, həyatda ilk gerçək işinin bu olduğunu söyləyir.

Gənclərə isə, bunları məsləhət görür: "İş həyatında müvəffəqiyyət qazanmaq üçün çox işləmək lazımdır, yaxşı bir lider olaraq komandanızı həvəsləndirə bilmək, nələri bildiyinizi deyil, nələri bilmədiyinizi müəyyənləşdirmək, insanlardan enerji almaq yerinə, insanlara enerji vermək, özünüzü davamlı olaraq yeniləmək və işçilərinizi, müştərilərinizi, bütün əlaqədə olduğunuz  insanları sevmək çox vacibdir."
 
Korrektə etdi :Salmanlı Ayna

ŞƏRH YAZIN