Uğura Gedən Yolda Səbr Və Qətiyyət Nümunələri

0
2629
Uğura Gedən Yolda Səbr Və Qətiyyət Nümunələri

"Biz , yuxuların üzərində inşa edilən vəsaitlərdən yaradılırıq" deyən William Shakespeare nə qədər gözəl söyləmiş. Doğurdan da tarix qaleriyası, gördükləri yuxuların həqiqət olması üçün yorulmadan, bezmədən, səbrlə çalışıb uğura çatan qərarlı insan portretləri ilə doludur.

Budur həyat macəralarında səbr və qərarlılığın meyvəsini qazananlardan bir neçə örnək:

Londondakı məşhur British Thomas Grey`in  "Elegy Written in a Country Churchyard" başlıqlə şeirinin yetmiş beş ayri kopyası təsvir edilir. Grey üç, beş, on dəfə eyil, kəlimələri, misraları 75 dəfə dəyişdirib yazdıqdan sonra şeirinin gözəl olduğuna qərar verib məmnun ola bilmişdir.
 
***
Böyük ingilis şairi John Milton (1608-1674), "Paradise Lost" (Yoxa çıxmış cənnət) adlı əbədi əsərini yazan zaman tamamilə kor idi. Milton, bu gözəl kitabı yazarkən qızlarından
kömək alırdı. Qızlar sadəcə atalarının diqtə etdiyi sözləri yazmaqla qalmırlar, onun fikir almaq istədiyi yazıçıların kitablarını da oxuyub atalarına kömək etməyə çalışırdılar.

***
George Bancroft, "The History of the United States" (Birləşmiş Amerikanın tarixi) adlı böyük əsərini 26 illik əziyyətdən sonra bitirdi.

***
Amerika ingiliscəsinin özünə məxsus bir canlılıq qazanmasında önəmli rol oynayan ABŞ-lı lüğət yazıçısı Noah Webster (1758-1843) 1807-ci ildə İngilis-dilinin ən böyük lüğəti olan "American Dictinory"ni yazmağa başlamış, kitab 1828-ci ildə, yəni Webster 70 yaşındaykən çap olunmuşdu.

***
Orta sinif real teatrının qurucularından, tamaşa yazarı və roman ustası Alexsander Duma, çox çalışqan bacarıqlı bir yazar idi; Duma 40 il boyunca, gündə 16 saat yazı yazardı.

***
Məşhur fransız roman yazarı Victor Hugo (1802-1885), "Notre Dame de Paris" adlı kitabını yazmağa başlayanda, əsərinə diqqət yönəldib onu tamamlaya bilmək üçün bütün paltarlarını bir sandığa qoydu və dostuna verdi və ona kitab bitmədən onları gətirməməsi üçün ciddi təlimat verdi.

***
Franklin D.Roosevelt gənckən uşaq iflicinə yaxalanmışdı və yeriyə bilmirdi. Amma bu vəziyyət onun üçün bir əngəl yaratmırdı. Və Roosevelt əzimi sayəsində dörd dəfə ard-arda Amerika Prezidenti seçildi.

***
Gəlmiş keçmiş bəstəkarların ən böyüklərindən biri kimi qəbul olunan Ludwig van Beethoven (1758-1828), hər musiqi parçasını, ən az 12 dəfə yazdığı məlumdur.Bundan əlavə Beethoven "Doqquzuncu Simfoniya" daxil ən gözəl əsərlərini tamamilə karlaşdığı zamanlarda yazmışdır.

***
Polşalı məşhur kompozitor və pianoçu İgnace Paderewski, sənədinin zirvəsinə çatdığı illər də daxil olmaqla hər gün 8 saat dayanmadan çalışaraq pianoda praktika edirdi. Bir gün üçün bu qədər çox çalışdığını soruşan qəzetçiyə verdiyi cavab çox düşündürücüdür: "Əgər bir gün praktika ilə məşğul olmazsam, mən bunu hiss edər və görərəm. Əgər iki gün praktika ilə məşğul olmazsam, dostlarım hiss edər və görər. Əgər üç gün praktika etməzsəm, dinləyicilərim hiss edər və görər".

***
Qədim Yunanıstanın və dünyanın ən böyük xadimlərindən biri kimi qəbul edilən Demosfen`in nə qədər qəribə olsa da, uşaq vaxtlarında kəkəlmə narahatlığı olduğunu bilirik. Fəqət o, davamlı praktika edə edə bunu məğlub etdi və böyük bir natiq olmağı bacardı.
 
***
Məşhur musiqi dahisi Mozart, ən böyük operalarını və "Requiem"i borc və xəstəlik içində yazdı. Yene belə bir imkansızlıqlar içində qıvrandığı günlərin birində bir neçə qızıl mükafat alaram ümidi ilə yeni bəstələdiyi bir parçanı Kont Arno`ya apardığı zaman "dilənçilik, avaraçılıqla" günahlandırılmış, təpik ilə qovulmuşdu

***
Məşhur fransız rəssam Cesar Ducornet`in anadangəlmə iki qolu da yox idi. Lakin şəkilə qarşı böyük qabiliyyəti olan Ducornet, daha kiçik yaşlarında olarkən ayaq barmağı ilə tutduğu kömür parçası ilə  rəsimlər çəkərdi. Sonra Parisə gedərək rəsm təhsili alan Ducarnet məşhur bir rəssam olaraq sənət tarixindəki haqlı yerini tutdu.
 
***
Alman dramaturqu Schiller, ən böyük tragediyalarını dözülməz fiziki narahatlıqlar içində olarkən yazmışdır.

***
Avstriyalı bəstəkar Franz Schubert, qısa, lakin parlaq bir həyatdan sonra 30 yaşında dünyasını dəyişdiyi zaman geridə buraxdığı yeganə malı, musiqi qaralamaları, geyindiyi paltar və 63 dollar pul idi.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN