Unesko-Nun Səfiri

0
2111
Unesko-Nun Səfiri

1972-ci il iyunun 8-də Nik Ut adlı fotoqraf tərəfindən çəkilən ürəkağrıdan fotoda viranə qalmış bir kəndin sakinlərinin yaşadıqları acılar əks etdirilib.

Çəkilən şəklin sayəsində kəndin yaşadıqları acılar dünya səviyyəsində hər tərəfə yayılıb. Şəkildə gördüyünüz qaçan qızın paltarları bomba partlaması nəticəsində cırıq-cırıq olub. Paltarsız qalan qız həyatı ilə mübarizə aparamağı bacarıb. O, hər şeyə rəğmən ağır müharibədən sağ qurtulub. Hər şey bitdikdən sonra o, müharibənin onda buraxdığı yanıq izlərindən qurtulmaq üçün nə az, nə çox, 17 dəfə dəri nəqli əməliyyatı keçirib. Hətta həkimlər onun yaşayacağına inanmasalar da, o, iki ildən sonra tam sağlam şəkildə həmin dəhşətin yaşandığı kəndə qayıdıb.
 
Bəs fotoda çılğın göz yaşları ilə, əliyalın qaçan qızın kim olduğunu bilirsinizmi?
 
O, 1963-cü ildə, Vyetnamın Sayqo şəhərinin şimalında bir kənddə dünyaya gələn adi qız uşağı idi. Hələ uşaq vaxtı keçirdiyi müharibə acıları onda vətənpərvərlik ruhunun formalaşmasına səbəb olmuşdu. ABŞ döyüş təyyarələrinin atdığı bombalara baxmayaraq, xoşbəxt uşaqlardan biri idi. Bu məsum qızın iki qardaşı bombalamadan sonra diri-diri yanaraq ölmüşdü. Hələ uşaq ikən bu cür faciə ilə qarşılaşan balaca qızcığaz bombalamadan sağ çıxmağı bacararaq, müharibənin simvoluna çevrilib.
 
Fotoqraf: "Çox pis görünürdü, öləcəyini düşünürdüm"
 
O gün bir çox fotoşəkil çəkmişdim və qəsəbədən ayrılmaq üzrəydim. Tam o sırada iki təyyarə gördüm. Hər iki təyyarə dörd dənə "napalm" bombası atdı. Beş dəqiqə sonra kömək qışqırıqları ilə insanlar qaçmağa başladılar. Həmin qızcığaz məni gördüyü an "mənə su verin, yanıram, qovruluram" deyə qışqırmağa başladı. Vəziyyəti çox ağır idi, öləcəyini düşünürdüm.
Qeyd edək ki, fotoda  müharibənin dəhşətindən qaçan balaca qızcığaz hazırda iki övlad anasıdır, UNESKO-nun səfiridir. Kim Puc müharibə haqda danışarkən belə demişdi:
 
"Mən Napalm atəşindən qaçan kiçik qızdım. Döyüşdən danışmaq istəmirəm, çünki tarixi dəyişdirmək olmaz. Sizdən yalnız döyüşün faciəsini xatırlamanızı və bununla dünyada baş verən döyüşləri, insanların bir-birlərini öldürmələrini dayandırmaq üçün nə isə etməyinizi istəyirəm".
 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN