Uşaqlardan Məsumiyyət Dolu Həyat Dərsləri.

0
1716
Uşaqlardan Məsumiyyət Dolu Həyat Dərsləri.

Uşaqların gözündə varlı-kasıb

Atası böyük şəhərdə yaşayan övladına insanların niyə kasıb olduğunu göstərmək istəmiş və onu çöl kimi bir yerə aparmış. Biraz gəzdikdən sonra atası oğluna:
-İnsanların nəyə görə kasıb ola bildiklərini gördünmü?- demiş. Oğlu isə belə bir cavab vermiş.
-Bəli ata, insanların nə qədər kasıb olduqlarını gördüm və arxasınca bunu əlavə etmiş balaca uşaq...
- Bizim evdə bir itimiz var, buradakıların isə üç dənə,
- Bizim bağçada böyük bir hovuzumuz var, buradakıların isə tükənməyən çayları,
- Bizim evdə bir neçə ədəd xalçamız var, buradakıların isə yamyaşıl, sonu görünməyən çəmənlikləri,
- Bizim görə bildiyimiz sahə sadəcə qarşı binaya qədər, buradakıların isə göz alabildiyincə, bütün üfüqi görəbiləcək qədər,
 
Və sonda oğlan sözünü bitirmiş. Atası nələrsə deməyə çalışdı amma söyləniləcək bir şey tapa bilmədi. Daha sonra isə oğlu əlavə etdi:
 
- Çox sağol ata, bizim nə qədər kasıb olduğumuzu gördüm.
Həyata biraz uşaq gözü ilə baxa bilmək arzusu ilə...

Kiçik bir qızın dilindən övladlığa götürülmək
 
Məktəbdə birinci sinif şagirdləri bir ailə fotoşəkili üzərində mübahisə edirdi. Şəkildəki balaca uşağın saçının rəngi ailənin digər üzvlərinin  saçının rəngindən fərqlənirdi. 
Şagirdlərdən biri, o balaca oğlan uşağının bəlkə də övladlıq ola biləcəyini söylədi. Onun bu sözlərini eşidən  Jocelyn Jay adında balaca bir qız birdən səsini yüksəltdi:
-"Mən övladlıq götürülmə haqqında hər şeyi bilirəm. Çünkü mən də övladlığam!"
Sinifdəki başqa bir şagird soruşdu:
-Əgər bilirsənsə, bizə də danış. Övlad götürülmək nədir?
Jocelyn, özündən əmin bir şəkildə məlumatını bölüşdü:
-"Ananın qarnında deyil, ürəyində böyümüsən deməkdir".

5 yaşında qızın düşüncəsi
 
Arda: Ana bax gör sənə nə hazırladım?
Ana: A nə gözəl canım. O nədir ki? (ana televizor izləyir)
Arda: Ürək şəkli çəkdim sənə.
Ana: Ürək? Nəyə görə ürək çəkdin gözəl balam?
Arda: Çünkü qızlara ürək verilər...
Ana: ???? A çox gözəl.

 

 

Tərcümə edən:

Cəlalə Yəhyalı

ŞƏRH YAZIN