Vecinə Almamaq!

0
2781
Vecinə Almamaq!

Qəzetləri oxuyarkən bir əlimdə qayçı bir əlimdə qələm ilə oxuyuram. Niyə? Çünki məni motivasiya edən o qədər çox hadisə olur ki. Artıq bütün xəbərlərə baxış tərzim dəyişdi . İnsanlar nəyi necə bacarmışlar deyə axtarış içində olduğumdan bir xəbər görüncə dərhal kəsirəm. Əvvəl özüm motivasiya oluram. Sonra seminarlarda nümunələr verərək izah edirəm. Bu gün məni motivasiya edən bir xəbəri sizinlə paylaşmaq istəyirəm. Xəbər kədərli olaraq başlayır. Amma sonra necə bacardığını görüncə içimdə ümid doğuldu. Xəbər 1 Avqust 2006 tarixində Azadlıq qəzetində çıxmışdı:

Gazanfer Sanlıtop, 1992-ci ildə xərçəng oldu, mədəsinin dörddə üçü və öd kisəsi alındı. Həyata küsmək yerinə işinə sarılan Sanlıtop, xərçənglə mübarizə edərkən bir fabrik qurub, ABŞdan olanlara satdı. İlk fabrikasini böyütdü artıq 45 ölkəyə ixracat edir.
"1940-cı ildə Manisa Gölmarmarada  doğuldum. Ailəm 500 il əvvəl Karamandan Makedoniyaya getmiş, 1925-cü ildə atam təkrar Türkiyəyə qayıtmışdır.Əvvəl İzmirdə sonra da Gölmarmarada məskunlaşmışlar. Atam da təşəbbüskar idi, Gölmarmarada kərpic keramit istehsalı ilə məşğul olurdu. Babamız da Manastırda taxta-şalban istehsalı edirdi. Ailədən sahibkarlığı öyrənmişəm. "
 
Antibiotikdən istifadə xərçəngini ortaya çıxardı
Gazanfer Sanlıtop xərçəng diaqnozunu belə izah edir: "Antibiotiklərdən istifadə mədə qanaması keçdi. Beləcə xərçəng ortaya çıxdı. 16 dekabr 1992-ci ildə diaqnoz qoyuldu. 21 dekabrda mədəmin dörddə üçünü öd kisəsiylə birlikdə alındı. Uzun müddət kemoterapi gördüm. Heç yaxşı nəticə vermədi, Əhvalım pozuldu amma eyni zamanda da fabrik tikintisi davam edirdi İki qolumda tutaraq iki adamla inşaata gedərək texnikaları qurduq və işə saldıq. Böyütdük və amerikalılara satdıq. Kemoterapiden sonra təhlillər çox pis çıxında ABŞ-a getdim amma orada da edəcək bir şey yoxdur dedilər. Mən də bir daha vecimə almadım. Yalnız bir dəfə bu vəziyyətə deyindim o da əməliyyatdan bir gecə əvvəl “Allahım çox gəncəm, daha 53 yaşım var dedim. "
 
Xərçəng olanda çox daha məhsuldar oldum
Gazanfer Sanlıtop, xərçənglə mübarizə edərkən bir anda şeirlər, sevgi və təcrübə haqda kitablar yazmağa başlayır. Sanlıtop, "İndi 10-cu kitabım çap olunacaq. Adı da “Diskret Otu”; Fermerlər bilirlər diskret otu xərçəng kimidir yaxşı temizləməzsən tarlanı məhv edər. Xərçəng kimi yəni.  Bəlkə də bu kitablar xəstəliyin meyvəsidir. Bir tanışım izah etmişdir ki bir ərik ağacı varmış, üç beş meyvə verirmiş. Sonra bir anda daha çox meyvə vermiş. Əkinçi yoldaşını çağırmış və soruşmuş:  Niyə belə oldu ?? Məyər ağaca bir paltar ipi bağlanmış amma sonra ip qopmuş ağacdakı bağlı qisim buğum şəklində qalmış və ağacı sıxmağa başlamışdır. Ağac öləcəyini anlayıb çox meyvə verməyə başlamışdı. Mən də görəsən öləcəyəm deyə qorxudanmı nədir bir şeir kitabı ilə başladım sonra 10 kitab çıxdı. 1997-ci ildə Ümrəyə getdiyimdə Kəbəni ziyarət edərkən, ən yaxşı dua içindən gələndir deyə bir şeylər söylədim. Otelə dönərkən də bir kağıza yazdım. Bundan sonra şeirlər çoxaldı kitab olaraq çap edildi. Sonra başqa kitablar oldu. Mənə Bravo xərçəngi məğlub etdi deyirlər. Mən də vəziyyəti özümə görə belə izah edirəm: "
 
Minbir dərdi olsa da sevilir yalan dünya 
Həyat deyilən müəmma fanilər üçün  naməlum 
Ümidini itirmə üsyan etmə tanrıya 
İnsan əcəldən ölər xəstəlikdən ölməz."
 
Vecinə alamamağın nə qədər əhəmiyyətli olduğunu bu xəbərlə daha yaxşı anladım. Yuxarıdakı bəndin cümləni təkrar bura almaq istəyirəm. Məni ən çox motivasiya edən cümlə bu olmuşdu: "kemoterapiyia sonra təhlillər çox pis çıxında ABŞ-a getdim amma orada da edəcək bir şey yox dedilər. Mən də bir daha vecimə almadim. "
 
Həyatımızdakı müsbət ya da mənfi hadisələri düşüncələrimiz ilə böyüdürük. Madam ki mən büyüdürəm o zaman xoşbəxtlikləri böyütməyi seçdim. Edə biləcəklərimizi etdikdən sonra həyata təslim olmaq lazımdır deyə düşünürəm. Çünki xoşbəxtlik çatılması lazım olan bir nöqtə deyil, bir yoldur. Bu yola da həyat deyilir. Əgər yalnız xoşbəxtliklərimizi gedəcəyimiz hədəflərə saxlasaq o nöqtəyə çatdığımızda bəlkə də həyat bitmiş olacaq. Onun üçün bizə təqdim edilən bu gözəl həyatı yaşamağa baxaq xoşbəxtlik necə olsa arxamızdan gələcək. Burada sizə gözəl bir lətifə yazmaq istəyirəm:
 
Böyük pişik, quyruğuyla oynayan kiçik pişikdən soruşdu:
- Niyə quyruğunla “qaçdi-tutdu” oynayırsan?
Kiçik pişik belə cavab verdi:
- Bir pişik üçün ən gözəl şeyin xoşbəxtlik, xoşbəxtliyin da quyruğumda olduğunu öyrəndim. Quyruğumla “qaçdı-tutdu” oynayıram....Sonunda onu tutduğum zaman, bilirəm ki, xoşbəxtliyi tutmuş olacağam.
Yaşlı pişik gülümsədi;
- Gənckən mən də sənin kimi, xoşbəxtliyin quyruğumda olduğuna inanırdım. İllər keçdikcə anladım nə zaman ki qovalasam o məndən uzaqlaşır, nə zaman öz işimə baxsam, o həmişə arxamca gəlir……..
 
 
Tərcümə etdi: Bəsti Mehralıyeva

ŞƏRH YAZIN