Xəyallar Əngəl Tanımaz

0
2732
Xəyallar Əngəl Tanımaz

Həyata məğlub şəkildə başladı ancaq əlil olmağı xəyallarına çatmasına mane olmasına icazə vermədi. Müalicə üçün getdiyi Almaniyada satıcılıq edərək universitet oxudu. Çətinlikləri bir bir aşaraq öz şirkətini qurdu İşdə bir qələbənin hekayəsi.

 
SATICILIQDAN İŞ ADAMINA QƏDƏR UZANAN UĞUR HEKAYƏSİ
Konyalı yerimə əngəlli olan Əhməd Topaloğlu, xəstəliyinin müalicəsi üçün getdiyi Almaniyada dəzgahlarda hədiyyəlik əşya sataraq universitet oxudu, çətinliklərə qalib gələrək məaliyyə şirkəti qurdu.
 
Konyaya yaxınlarını ziyarətə gələn iş adamı Əhməd Topaloğlu müxbirlərə verdiyi açıqlamada, 5 yaşında keçirdiyi narahatlıq səbəbilə damar və sinirlərin funksiyasını itirməsi nəticəsində sağ ayağının tutmadığını deyib.
Köməkçi yürüş protezi və kreslo dəyənəkləri sayəsində yeridiyini bildirən Topaloğlu, “Vəziyyətimi açığı, heç vaxt problem etmədim. Uşaqlığımda, dostlarım futbol oynayarkən mən onları izləyirdim. Üzüldüyümü görən yoldaşlarım məni daim qapıçı edirdi.80 faiz əlil olduğum üçün atam oxumağımı istəmirdi. Bir yaxınımızı himayadar kimi göstərib atamdan xəbərsiz məktəbə yer aldım”dedi.
 
Almaniyada keçən çətin günlər
Oxumaqdan başqa çarəsinin olmadığını çox yaxşı bildiyi üçün həmişə bu istiqamətdə hərəkət etdiyini ifadə edən Topaloğlu, ayağının vəziyyətinin əvvəldən daha pis olduğundan müalicəsi üçün Almaniyaya getməyə qərar verdiyini bildirib.
 
Ailəsinin də razılığı ilə 1979-ci ildə təkbaşına Almaniyaya getdiyini xatırladan Topaloğlu bunları qeyd etdi:
 
Əvvəlcə Alman dilini öyrənməyə qərar verdim. Hər kəsin 6 saat getdiyi kursa mən 12 saat getdim. Universitetdə oxumaq istədim. Özümə güvənim sonsuz olduğu üçün hər qapını döydüm. Burada bir universitetin Əməliyyat və Bank Bölməsinə yer aldım. Atam Türkiyədə 1980-ci ildə baş verən neqativ hadisələrdən əlaqədar mənə pul göndərə bilmiyəcək vəziyyət gəldi.
Dəzgahlarda hədiyyəlik əşya satmağa başladım. İllərlə tək otaqlı bir yerdə 4 nəfərlə həyatımı davam etdirdim. Ac susuz qalsam da bu vəziyyəti heç bir problem etmədən məğlub olmadım. Əzmimi görən bir bankın müdiri məndən tərcümə işlərini etməyimi istədi. Mən də Türkcə mətnləri Almancaya tərcümə etməyə başladım. Universiteti beləliklə bitirdim. Sonra əməliyyat oldum. Ayağımın əyri olan şəkli görüntü olaraq düzəldi. Amma yenə də dəstəksiz yeriyə bilmirəm.
 
Dəzgahlardan iş adamlığına
Universitet qurtaranda sinif yoldaşı Alman əsilli bir qadınla evləndiyini və bir neçə il sonra qarşılıqlı razılaşma ilə ayrıldıqlarını dilə gətirən Topaloğlu, tərcümə etdiyi bankın nümayəndəsinin, əzmindən çox təsirləndiyi üçün onu buraxmadığını və təcrübə yığmaq üçün girdiyi sözügedən bankda marketinq müdiri işlədiyini qeyd edib.
 
Buradakı vəzifəsi sahəsində 286 nəfərin yetişməsində töhfəsi olduğunu bildirən Topaloğlu, sözlərinə belə davam etdi:
 
"Sonra bir Türk bankının kredit müdürü, başqa bir bankın da şöbə müdür müavini oldum . Türkiyədə 1993-ci ildə turizm və dəniz nəqliyyatı işləri ilə məşğul oldum. İtaliya-Türkiyə arası bərə səfərləri təşkil etdim. 4 il sonra bəzi səbəblərə görə bu işi görməkdən imtina etdim. Təkrar qayıtdıqım Almaniyada əmlak və məaliyyələşdirmə şirkəti yaratdım. Eyni zamanda 20-yə yaxın Alman şirkətinin də məaliyyə məsləhətçiliyini edirəm. 1990-cu ildən sonra 10 il ərzində Türk-Alman İş Adamları Klubuna Rəhbərlik etdim. Yaşadığım bütün çətinliklərə baxmayaraq, iradəm sayəsində Almaniyada iş adamı kimi həyatımı davam etdirirəm. İnsanın düşüncə tərzi müsbət olarsa, hər şey yolunda gedər. Bir Türk vətəndaşı ilə evliyəm, 3 övladım var. Buralara gəlmək üçün müəyyən mərhələlərdən keçmək lazım idi, mən də bu pillələri səbrimlə tək tək keçdim."
 
Topaloğlu, insanın əzmli olduqdan sonra həyatda edə bilmiyəcəyi heç bir şeyin olmadığını, "əngəlli" kəlməsinə bu günə qədər həyatında yer vermədiyini, bundan sonrada verməyəcəyini sözlərinə əlavə edib.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN