Xidmətçi Olduğu Univeristetə Qəbul Oldu

0
1897
Xidmətçi Olduğu Univeristetə Qəbul Oldu

Onun  gecə gözünə yuxu getmədi. Nə də olsa 12 saat sonra liseyi bitirəcək, idealındakı peşəyə bir addım daha yaxınlaşacaqdı. Amma xoşbəxtliyi qısa sürdü. İndi izah etməyə belə çəkindiyi bir səbəblə məktəb idarəsi diplomunu vermədi.

Xəyalları yıxılmışdı. Qədərin kürəyinə vurduğu yük ağırdı. Ailəsinin maddi gücü yox idi, işləmək məcburiyyətində idi. Dondurma satmaqdan tutmuş çörəkçi, güvənlik işçisinə qədər bir çox işdə çalışdı. Fatih Universitetinin yeməkxanasında xidmətçi olaraq girdiyində həyatında yeni bir səhifənin açılacağından xəbərsiz idi. Qorxmadı, Açıköğretim imtahanlarına girib lisey diplomu aldı. Süpürgəcilik etdiyi məktəbdə artıq təqaüdlü bir tələbə  idi.
 
Hekayənin qəhrəmanı 26 yaşındakı Tavabil Alkaç, inanclı bir  işin və müvəffəqiyyətin gözəl bir nümunəsidir. Doqquz ay ərzində tullantılarını yığıb, dəhlizləri süpürdüyü, mətbəxində masalarını təmizlədiyi məktəbdə artıq təqaüdlü bir tələbədir. "Gündə 20 saat işin qarşılığını aldım. Həyatın maneələri məni məğlub etməyə çatmadı." deyərək yekunlaşdırır müvəffəqiyyətinin sirrini... Əzmi və səyi ilə sinif yoldaşlarının da hörmətini qazandı. Hamısı ona qarşı son dərəcə hörmətli idilər. Bunda sinifin ən böyüyü olmasının da təsiri var idi. "Kimiləri həyata 1-0 məğlub başlayır. Mən onlardanam. " deyir Tavabil. Dörd uşaqlı az gəlirli bir ailədə dünyaya gəlmişdi. İlk və orta məktəbini Çorumda tamamladıqdan sonra lisey üçün Çankıra getmişdir. Məktəbi bitirməsinə yalnız 12 saat qalmış kimsəyə izah etmədiyi bir səbəblə diplomunu ala bilməmişdir. Tavabil-"Bütün xəyallarım yıxılmışdı. Nə edəcəyimi bilmədən yurduma döndüm. Çox çətin günlər idi unutmaq asan olmadı. " deyə izah edir yaşadıqlarını. Əsgərliyini bitirdikdən  sonra 2001-ci ilin yazında İstanbuldakı böyük qardaşının yanına gəlir. Həm kədərini unutmaq həm də yaxşı bir iş tapıb işləmək niyyətində idi. Bir müddət dondurma satar, çörəkçi işləyər. 2002-ci ildə Fatih Universitetində xidmətçi olaraq işə girər. Zibil yığıb yerləri  silərkən  bir tərəfdən də universitetə daxil olmağı xəyal edərdi. Bir axşam, "bu universitetə tələbə olaraq dönəcəyəm" ümidiylə evinə gedir. Litsey diplomunu almaq üçün çalışar. 2004-cü ilin sentyabrında açıq lisey imtahanına girib lisey diplomunu alır. Ancaq əsl iş bundan sonra başlayır. Hekayənin bu hissəsini Tavabildən dinləyirik: "Gündə 3.5 saat yuxu ilə doqquz ay yarım əzab çəkdim. Fatih Universitetində xidmətçilik işini buraxıb qardaşımın yanında mebel sexində işə başladım. Sabah 8dən axşam 7-ə qədər sexdə işləyirdim, bir saatlıq istirahət zamanında və işdən sonra səhər 3-ə qədər universitetə daxil olmaq üçün imtahanlara hazırlaşırdım. Hər gecə 450-500 sual həll edirdim. '
Qəbul imtahanından sonra böyük qardaşının yanında işə davam etdim. Bir gün dərsxanadan Müəllimlər zəng edər. Telefonun ucundakı səs 'Tavabil hansı universiteti qazanmaq istəyirsən?' deyirdi. Tavabil, 'İlk seçimim olan Fatih Universitetinin tarix fakültəsini təqaüdlü qazanmaq istəyirəm. Amma çox çətin bir ehtimal. ' cavabını verir. Müəllimlər 'Gözün aydın!' dediyində isə bir neçə dəqiqə özünə gələ bilməz. 'zibilləri atıb, süpürdüyüm, xəyalımdakı universitetə indi tələbə olmuşdum.' deyərkən gözlərində ilk günün qüruru meydana çıxır. Ötən sentyabrda girməyə haqq qazandığı universitetin ilk günü yenə zibili atmağa getmişdi. Tavabil səbəbini belə açıqlayır: "Şükür etmək istədim Allaha. Mən çalışdım o da qarşılığını artıqlamasıyla verdi. ' İndi tək bir xəyali var, o da təhsil aldığı məktəbin rektoru olmaq. Bunun üçün müddət belə təyin. '20 Il sonra Fatih Universitetinin rektoru olacağam. ' deyir. Universitetə hazırlanan gənclərə də bir mesajı var: "Hazırlıq dövründə mühasibat etməyin. Yalnız dərs oxuyun. ' Universitet imtahanını düşmənə bənzədən Tavabil, sözlərini belə tamamlayır: "İmtahan Mərt bir düşməndir. İmtahandan qorxacaq bir şey yoxdur. Düşmən mertsə onunla mübarizə etmə yolu da bəllidir. Çalışmaq, oxumaq və işləmək....
 
 
Tərcume etdi: Besti Mehraliyeva
 

ŞƏRH YAZIN