Yoxluğu Bəhanə Etmədi Və Bacardı

0
3504
Yoxluğu Bəhanə Etmədi Və Bacardı

İnsan bacarıqsızlığına bir çox səbəb tapa bilər. Ancaq bacarıq dediyimiz şey içində bir çox bəhanəni, sıxıntını özündə bəsləyir. Birazdan əhvalatını yazdığımız Riçard Turer yoxluğu bəhanə etməyən birinə aiddir.

XXI əsrdə istedad dediyimiz yaradıcılıq ən önəmli komponenlərdən biri olaraq qarşımıza çıxır. Yaradıcılıq qulağa qorxuducu gələ bilər; ümumilikdə yoxdan var etmək, sıfırdan nəyisə yaratmaq anlamına gəlir. Amma bəzən yaradıcılıq içində olduğumuz problemlərə fərqli yanaşmaq və ona fərqli bir həll yolu tapmaqdır.
Kenyanin Masai qəiləsindən olan 13 yaşlı Riçard Turer buna ən gözəl, ilhamverici nümunə.
Turer, kərkədanlar, zürafələr, aslanlarla dolu bir milli parkın yaxınlığında yaşayırdı. Parkın cənubu hasarla tam bağlanmadığı üçün aslanlar ordan qaçıb əhalinin mal-qarasını parçalayırdılar. Ərazidəki mühafizəçilər mübarizənin tək yolunu aslanları öldürməkdə tapmışdılar.
"Bir sabah yuxudan oyandım tək bir buğam vardı və aslan onu hücum edib onu parçalamışdı. Buna görə özümü pis hiss etdim"
Riçard buna görə sadəcə pis olmaqla qalmadı eyni zamanda bu məsələ haqda nə edə biləcəyini düşünməyə başladı. 9 yaşından bəri atasının iribuynuzlu mal-qarasını qorumaq onun vəzifəsi idi. Qəbilədə 6-9 yaş arası uşaqlara bu vəzifə verilirdi. İlk öncə odla bağlı bir çıxış yolu tapdı, çünki aslanların oddan qorxduğunu düşündü amma elə olmadığını kəşf etdi.  " MƏYUS OLMADIM,DAVAM ETDİM"
İkinci fikri qorxutmaqdan istifadə etmək oldu. " AMMA ASLANLAR AĞILLİ İDİ. İLK GÜN GƏLİDİLƏR, BAXİB HÜCÜM ETMƏDƏN GERİ DÖNDÜLƏR" Aslanlar ikinci gün gəldiyində qorxuduları şeyin hələ də eyni yerdə olduğunu görəndə bunun hiylə olduğunu anladılar. Və  yenə hasarları aşaraq inəkləri parcalayırdılar.
Riçard boş vaxtlarında elektrik alətləri ilə oynamağı sevirdi. Onları parçalara ayırıb sonra birləşdirməyi sevirdi. Hətta anasının yeni radiosuna da eyni  şeyi etmişdi və anası onu bərk danlamışdı.
Bir axşam axırda əl fənərilə oynarkən aslanların hərəkət edən işıqdan qorxduğunun kəşf etdi. Bunun üstə işləməyə başladı. Nəticədə  "aslan işıqları" adını verdiyi, əl fənərinin parçalarından ibarət, günəş enerjisi ilə enerji toplayan bir fənər düzəltdi. Aslanlar yanıb sönən işığı gördükdə qorxub geri çəkildilər. Əvvəl öz bağçalarına, sonra qonşuluqdakı yaşlı qadının bağçasına, sonra kənddəki digər insanların bağcasına qurduğu bu sistem, az sonra bütün Kenyada tətbiq olunmağa başladı. Təkcə aslanları deyil, fillər, leopardları qaçıran ixtiraçı sahəsində 11 yaşında Kenyanın  ən yaxşı məktəblərinin birində oxumaq haqqı əldə etdi və dünyanında diqqətini çəkməyə başladı.
" Daha bir il əvvələ kimi  Kenyanın düzlərində inək otaran bir uşaq ikən, uçan təyyarələrə baxar və bir gün onların içində olmağın xəyalını qurardım. Və bu gün o təyyarənin içində buraya gəldim.
Hekayayə baxdıqca yaradıcılığın Turer üçün necə yarandığını görmək olar.
Turerin yaradıcılığı özünə yeni dünya kəşf etməsi deyildi, içində olduğu dünyaya fərqli tərəfdən baxması idi.
Siz də hər şeyə fərqli tərəfdən baxa yeni  kəşflər edə bilərsiniz..
 
 
 
Tərcümə edən: Bəsti Mehralıyeva

ŞƏRH YAZIN