9 Addımda Uğur Sizindir!

0
2439
9 Addımda Uğur Sizindir!

1. Hal-hazırda məşğul olduğunuz bütün səmərəsiz işləri bir kənara qoyun. Gələcəkdə sizə mənfəət qazandıracaq işləri müəyyən edin və həmin işlərlə məşğul olmağa çalışın.

2. Beyninizi lazımsız fikirlərdən təmizləyin. Pis vərdişləri, vaxt itkisini, stressi, bəhanələri və problemləri özünüzdən uzaq tutun. Pis olan hər şeyi unudun. Yeni uğurlar əldə etmək üçün beyninizdə pis fikirlərə yer olmamalıdır.

3. Əlavə biliklər əldə etməyə və informasiya bazasını genişləndirməyə çalışın. Biznesə aid müxtəlif kitablar oxuyun. Çoxsaylı sərgilərdə iştirak edin, füsunkar təbiəti olan yerlərə səyahət edin, yeni idman növləri ilə məşğul olun, özünüzü hərtərəfli şəkildə inkişaf etdirin. Bu, sizə biznesdə böyük üstünlüklər qazandıracaq.

4. Özünüzdə liderə məxsus xarakteri, məntiqi, insanlarla ünsiyyət qurmaq bacarığını, jest və mimikaları, natiqlik bacarıqlarını inkişaf etdirin.

5. Mənəvi bir işlə məşğul olun. İnsanları hiss etməli olduğunuzu unutmayın. Bunun üçün isə ilk növbədə hər bir insan öz daxili aləmini anlamalı və tanımalıdır.

6. Uğurlu iş adamları insan psixologiyasına çox yaxşı bələddirlər. Onlar hər bir insanın psixologiyasını hətta istənilən psixoloqdan daha yaxşı bilirlər.

7. Pulları sevin. Bu zaman pullar da sizi sevəcək. Əgər diqqət etmisinizsə, yoxsul insanlar hər zaman pul haqqında söhbətlərdən yayınmağa çalışırlar. Varlı insanlar isə bu tipli söhbətlərdən uzaq durmur, əksinə, pul haqqında danışmağı sevirlər.

8. Arzularınızdan üz çevirməyin. Məqsədinizi və ona necə nail olacağınızı beyninizdə canlandırın. Uğura aparan yolu bütün mərhələlər üzrə təsəvvür edin. Uğura nail olduğunuz anda yaşayacağınız duyğuları öncədən hiss etməyə çalışın. Bu hisslər sizdə ümid və həvəs yaradacaq.

9. Bütün planlarınızın və cəhdlərinizin heç bir nəticə verməyəcəyini söyləyən insanların bu fikirlərinə əhəmiyyət verməyin. Nəzərə alın ki, bu məsləhəti verən insanlar uğursuz həyat yaşayanlardır və hər zaman belə qalacaqlar.
 
Korrektor: Abdullazadə Sevinc 

ŞƏRH YAZIN