Azərbaycan Efirində İlk Fərdi İnkişaf Proqramı-Uğurlu Saat

0
1515
Azərbaycan Efirində İlk Fərdi İnkişaf Proqramı-Uğurlu Saat

Azərbaycan teleməkanında ilk dəfə fərdi inkişaf teleproqramına start verilib.
 
İctimai Televiziyanın efirində yayımlanacaq "Uğurlu saat" proqramının layihə rəhbəri və aparıcısı Neyro Linqvistik Proqramlaşdırma (NLP) Ustadı Babək Bayramovdur.
 
Verilişdə motivasiya süjetləri, ibrətamiz səhnəcikləri, inkişafyönümlü mövzular müzakirə olunur, həmçinin cəmiyyətdə tanınmış şəxslər qonaq olaraq, fərdi uğur hekayələrini tamaşaçılarla paylaşır, aparıcının və auditoriyanın suallarını cavablandırırlar.
 
Həftədə bir dəfə yayımlanacaq verilişin ilk qonağı "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı olub.
Veriliş fevralın 28-də saat 22:00-da efirə gedəcək.
 
 
 
 

 

ŞƏRH YAZIN