Daha Çox Bacarıq Daha Çox Uğur!

0
1447
Daha Çox Bacarıq Daha Çox Uğur!

İş həyatında hər kəs daha çox uğur, daha çox irəliləmək niyyətindədir. Bəziləri bunu ildırım sürətilə bacarsalar da, bəzilərinin bu qabiliyyəti olmur. Onlar üçün tövsiyyələrimiz: 

Kitab oxumaq
Oxuyaraq hadisələrin gedişini öyrənən insanın ilk əvvəl özünə güvəni artır. Kitab oxumaq insanın dünya görüşünün zənginləşməsinə, geniş düşüncəli olmağına kömək edir və hadisələri incələmək bacarığı qazandırır. Çox kitab oxuyan insanların söz xəzinəsi zəngin olduğundan, danışarkən işlətdiyi hikmətli sözlərlə hamının marağını oyada bilir. Geniş söz lüğəti və düşünmə bacarığının formalaşmasına, insanlarla ünsiyyətdə kömək edir.

Şahmat oynamaq
Şahmat oynamaq hər məsələdə alternativ yollar seçmək, qərarlar qəbul etmək, tez qərar verə bilmək, nəticəylə bağlı düşünə bilməyə kömək edir,  zehni fəaliyyətləri inkişaf elətdirir və özünəinamı artırır.

Tapmaca, krossvord hesablamaq
Düşünməyə və ağlı işlətməyə sövq edir. Asan öyrənməyə və öyrənilən məlumatların asanlıqla yadda qalmasına kömək edir. Dil inkişafını sürətləndirir. Yaddaşın itirilməsinin qarşısını alır. Qavrama, xatırlamaq, problem həll etmək kimi bacarıqları inkişaf elətdirir.

Xarici dil öyrənmək
Hafizəni gücləndirir. Özünü ifadə etmək qabiliyyətini artırır.  Zehni inkişaf elətdirir. Dil zənginləşir, xarici şirkətlərdə işləmə imkanınız yaranır.

Musiqi aləti çalmaq
Beynin sol qismini gücləndirir. Hafizə və zəkanı gücləndirərək, stresi azaldır, motivasiyanı artırır.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN