İlkləri Bacaranların Təkrarı Yoxdur

0
2225
İlkləri Bacaranların Təkrarı Yoxdur

Mümin Sekman uğurla  bağlı sualları cavablandırdı...

- Uğur şanslamı bağlıdır, yoxsa göstərilən səylə? 

- Uğur, bəzi iş sahələrində daha çox şansla, bəzilərində isə göstərilən səylə bağlıdır. Əgər sürücüsünüzsə, həyatınızda şansın yeri daha böyükdür, nəyin ki, beyin cərrahısınızsa. Çünki beyin cərrahısınızsa, uğurlu olmaq, şansdan daha çox fərdi səyiniz ilə bağlı olacaqdır.  İnsan şansını özü seçməsə də, şansla daha yaxın olan iş sahəsini seçim etməyə bilər.

- Uğurlu olmaq istəyən hər kəs nəyə görə onu əldə edə bilmir?

- Soruşanda hər kəs uğurlu olmaq istədiyini deyir, amma bu, insanların “TV-də daha çox sənədli film yayımlansın” deməklərinə bənzəyir. İnsanların özlərinə yalan dediklərindən biri də uğur mövzusudur. Nə edə bilirsinizsə, onu istəyirsiniz. Etdikləriniz uğurla bağlı deyildir. Uğurlu olmaq istədiyinizi söyləməyiniz sənədli film istəyib maqazin izləməyinizə bənzəyər. İnsanların uğur istəklərinin şiddəti də eyni deyildir. Əgər 25 % nisbətində uğur istəyirsinizsə, bu sizi hərəkətə gətirmək üçün yetərli olmayacaqdır. Ayrıca, həm uğurlu olmağı istəyib, həm də uğur üçün nə isə etmək istəməyənlərlə də rastlaşırıq. 

- Əhvalatı yazılmağa dəyər bir işə başlamaq istəyirəm, nə etməliyəm?

- Bir sahədə ilk, ya da ən olacaq nələr isə etmək gərəkdir. 100 metr ən sürətli qaçan insan. Ölkədə ən zəngin insan. Ən yüksək binanı inşa edən insan.  Ən böyük mobil telefonu ixtira edən insan. Ən kiçik mobil telefonu ixtira edən insan. Ən çox izlənən filmi çəkən insan. Aya uçan ilk insan. Bir sahədə ilk və ya ən olanların əhvalatı yazılmağa dəyər. “Ilk”ləri bacaranların təkrarı yoxdur. “Ən”ləri bacaranlar isə yalnız zamanla keçilə bilər. 

- Uğurlu olmaq çətindir, yoxsa uğurlu insan olaraq qalmaq?

Bu, insana görə dəyişir. Bəzi insanlar uğurla yüksəlməyi sevər, amma müəyyən qaydalarla,  sistemli olaraq o uğuru qoruyub saxlamağı sevməz. Bəzi insanlar isə, sıfır nöqtəsinə enib, yeni bir bir iş qurub zirvəyə çatmağı sevməz, amma sistemli olaraq qurulmuş olan uğuru sevər. Bir sahədə təpəyə çıxmaq “T” hərfinə bənzəyir. Öncə uğurlu olmağa,  sonra uğurlu qalmağa çalışırsınız. Hər ikisi üçün yüksək səy və strategiyalar fərqi vardır. 

- Uğurlu olmaq üçün kimlərdən və necə örnək almalıyıq?

- Uğurlu olma müddətində hər kəs kimi isə örnək olaraq görür, amma örnək görmə biçimləri fərqlidir. Bəzi insanlar örnək gördükləri şəxsi hər cəhəti ilə qəbul edir. Onlara örnək olaraq qəbul edilən insanlar ümumiyyətlə, öz şərtlərindən çıxaraq, o insanın xəyal etdiyi yerə gəlir. Şəxsiyyət olaraq da örnək kimi qəbul edilən insan, onu qəbul edən insana bənzəyən biri olur. Mən bir insanın hər cəhətini qəbul edilməyinin  əvəzinə, fərqli insanların hər hansı bir spesifikliyinə görə örnək olaraq görülməyinin tərəfdarıyam. Zirvədəki hər insan bir ölçüdə çox yaxşıdır. İnsanı sadəcə ən yaxşı olduğu o ölçüdə örnək alıb, sonra da fərqli insanlarla müqayisə etmək yaxşı ola bilər. Örnək olunan insanların istifadə şəkli də fərqlidir. Kim isə, o insandan cəsarət, kim isə yeni üsul öyrənir. 

- Qəti olaraq uğurlu olmaq istəyirəm, nə etməliyəm?

- Bir işi 70 milyon insandan daha yaxşı edin. Uğur üçün yanılmaz qayda və açıq ara  ən yaxşı olmaqdır. Bir iş seçin, başınızı o iş ilə məşğul edin. İnsanlar film izləyərkən siz o işi daha yaxşı necə edəcəyinizə başınızı yorun. İnsanlar siyasi söhbətlər edərkən siz məsləyinizdəki ustalığınıza fokuslanın. Öncə o işi ən yaxşı bilən olun, sonra da ən yaxşı bilən olaraq tanınacaqsınız. 

...Ondan sonra miqyası genişlədib uğurunuzun ölçülərini böyütməyiniz lazımdır. 

- Bir işdə ən yaxşı olmaq üçün nə qədər müddətə ehtiyac var?

- Ölkə xaricində edilən bir neçə araşdırmada, öz sahəsində çox yaxşı olan insanların məsləklərində bu ustalıq səviyyəsinə çatmadan öncə ən azı 10.000 saat yalnız o işə mərkəzli yanaşdıqları məlum olmuşdur. Bu, normal iş saatları ilə 5 ili alan bir müddətdir. 

- Yeni bir sahədə işim var, ancaq işimə göstərdiyim enerjiyə qarşılıq ala bilmirəm. Yanlış yoldayammı, yoxsa çox tələsirəm?

- Yeni bir sahədə işə başlamısınızsa, həyatınızın yaxın 10 ilini gözdən çıxarmalısınız. İlk 10 ili işinizə  versəniz, qarşılıq olaraq 1 ala bilərsiniz. İkinci 10 ili versəniz, bu dəfə 2 geri dönüş alırsınız. Üçüncü 10 ili verməyə davam etsəniz, 3 alırsınız. Aradakı fərqlər əslində boşa getməz, o sahədə uğurlu olanda bir nöqtədən sonra 1 verib, 10 almağa başlaya biləcəksiniz. Bu mövzuda akademik araşdırmalar olmasa da, inanıram ki, bir insan 10 il bir sahədə davamlı səy göstərərsə, o sahədə çata biləcəyi yer, o insanın o sahədəki yetərli  tutumunu göstərir. 

- Uğur, doğuşdan qazanılan özəlliklərəmi söykənir, yoxsa sonradan qazanılan özəlliklərə?

- Uğurda ən önəmli faktor, xarakter ilə seçim etdiyin işin üst-üstə düşməsidir. Bu, bir açarın qapıya uyğun olması qədər önəmlidir. Işiniz ilə sizin xarakter özəllikləriniz üst-üstə düşürsə, quşların uça bilməsi, balıqların üzə bilməsi qədər asan uğurlu olursunuz. Əgər xarakteriniz ilə işiniz üst-üstə düşmürsə, bu  zaman balıqların uçması, quşların dəniz dibində üzməsi qədər çətinə düşürsünüz. İnsanın təbiətinə uyğun olmayan sahədə çalışması, o işi o insan üçün iki qat çətin edir. Ya şəxsiyyətinizi karyeranıza uyğunlaşdırmağınız, ya da şəxsiyyətinizə uyğun karyera qurmağınız yaxşı olar. 

- Z.Livaneli, Dostoyevski, Tolstoy kimi insanların uğuru düşünmədikləri halda uğurlu olduqlarını yazırlar. Bu mövzuda nə düşünürsünüz?

- Bəzi insanlar uğurlu olma müddətində uğuru unudaraq çalışmağı sevər. Məsələn, tanınmış bəstəkarlar belədir. Uğur düşüncəsi ağıllarına gələndə diqqətlərinin yayındığını, səmimiyyətlərinin pozulduğunu iddia edirlər. Bəziləri isə, əksinə. Nəyi nə üçün necə etdiklərini bilərək o işi bacarırlar. Bəlli, bir yön və bir məqsəd bir plan daxilində nəticəyə gəlir. Beləcə, 5 illik inkişaf planları ilə irəliləyirlər. İnsanların qabiliyyətləri ilə istəkləri arasında paralelliklər qurallar. Mən Livaneli düşüncəsi ilə razı deyiləm. Bu insanların qəti müvəffqiyyət qəbulu hissi vardı. Əslində, bu insanlara bəsit bir sual verərək çox şeyi anlamaq mümkündür: “Kimsəsiz bir adada tək başınıza qalsaydınız yenə də indiyə kimi etdiklərinizi edərdiniz?”. İndi siz düşünün. Heç kim bilməyəcək olsaydı, yenə də bacarmaq üçün bu qədər çalışardılar?                               


Tərcümə etdi:  Azadə Bayramova

 

ŞƏRH YAZIN