Onlara Uğur Qazandıran Nədir?

0
2382
Onlara Uğur Qazandıran Nədir?

Uğur qazanan şəxslər kimlərdir? Necə uğur qazanırlar? Yalnız təhsil sistemindən qazandıqları biliklər ilə kifayətlənirlərmi yoxsa bunun üçün daha çox çalışırlar? Bax məhz bu sualın cavabı bizim mövzumuzdur.

Əksər insanların həqiqi həyatda qazandıqları təcrübə onların təhsil sistemindən kənara çıxmır. Siz həyatda özünüzü tapdıqda həqiqi bacarıqlar əldə edirsiniz.

Bizim həyat deyilən bir oyunda heç bir şansımız yoxdur. Nəyə görə?

Çünki:

Biz çox az məğlub olmuşuq.

Heç birimiz dəyişməyə cəhd etmirik.

Siz yeni dil öyrənməkdənsə, onun lazımlığı haqqında danışmağa üstünlük verirsiniz.

Siz öz iş yerinizə nifrət edirsiniz, lakin yeni iş axtarmağa hazır deyilsiniz.

Halbuki siz cəhd etmiş olsanız, ilkin mərhələdə məğlub olacaqsınız, lakin daha sonra istəyinizə nail olacaqsınız. Bu proses bir növ dəmirin döyülməsini xatırladır. Dəmiri  oddan, alovdan keçirdərək istənilən formanı almaq mümkündür.

Sizi ətrafdakı insanların fikirləri narahat edir.

Siz ətrafdakıların nə düşünəcəklərindən çəkinərək öz imkanlarınızı dar bir çərçivəyə salaraq cəmiyyətin fikrinə əsasən davranırsınız.

Çünki siz özünüz də ətrafdakı insanları mühakimə edirsiniz. Buna görə də başqalarının sizi mühakimə etmələrinə normal yanaşırsınız. 

Bütün şübhələrinizdən azad olub dünyaya əsl özünüzü göstərin. Başqalarının fikrinə qarşı özünüzdə immunitet formalaşdırın.

Özünüzü olduğunuzdan daha çox ağıllı hesab edirsiniz.

Əslində siz başqalarının etdiklərini etmisiniz. Siz onların oxuduqlarını oxumusunuz, onların öyrəndiklərini öyrənmisiniz. Lakin əgər siz testlərdən keçmək üçün oxumusunuzsa, daha ağıllı olduğunuzumu düşünürsünüz?

Biliklər sizin nə öyrəndiyinizdən deyil, necə yaşadığınızdan asılıdır.

Siz oxumursunuz.

Siz ya oxumağa məcbur olduğunuz kitabları oxuyursunuz, ya da ümumiyyətlə heç nə oxumursunuz. Siz tarixi darıxdırıcı, fəlsəfəni mənasız hesab edirsiniz. Siz tele şouya baxmağa üstünlük verəcəksiniz, nəinki öz daxili dünyanızı başa düşməyə cəhd edəcəksiniz.

Siz sual vermirsiniz.

Siz düzgün qurulmuş sualın, öz fikrini irəli sürməyin əhəmiyyətini başa düşmürsünüz. Siz cəmiyyətdə hörmət sahibi olan insanların fikirlərinə qarşı fikir irəli sürməyə çəkinirsiniz.

Məişət həyatına başınız qarışdığı üçün özünüzə belə sual vermirsiniz.
 
Həqiqət sizi qıcıqlandırır.

Həqiqətdə sizin heç nə bilmədiyinizi qəbul edin. Bəlkə də sizi bu məqalə artıq qıcıqlandırır.

Siz məğrurcasına başınızı qaldırıb yaşayırsınız, sizi ətrafınızda baş verənlər maraqlandırmır. Əgər ətrafınıza boylansanız, həqiqəti hiss edəcəksiniz, onu görəcəksiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN