RABİNDRANAT TAQORDAN SÖZLƏR

0
2890
RABİNDRANAT TAQORDAN SÖZLƏR

Təhlükələrdən qorunmaq üçün deyil, onlarla qorxusuzca üzləşmək üçün dua edim. Ağrım dinsin deyə deyil, ürəyim fəth etsin deyə yalvarım.

 
Günəş getdi deyə ağlarsan, göz yaşların ulduzları görməyə mane olar.
 
Kəpənək ayları deyil, anları sayar və onun belə kifayət qədər zamanı var.
 
Günəşə arxanı çevirmə , kölgən önünə düşər.
 
Heç bir əhəmiyyət daşımayan sözlərim zamanın dalğaları üstündə yüngülcə rəqs edə bilərlər, məna ilə ağırlaşdıqlarında dibə çökərlər.
 
Mümkün qeyri- mümkündən soruşar: «Sən harada yaşayırsan?» O cavab verər: «Acizin yuxularında.»
 
Ayaq üstə dayanıb suya baxaraq dənizi keçə bilməzsiniz.
 
Çaqıl daşlarını kamala çatdıran çəkic zərbələri deyil, suyun oxşayışıdır.
 
Doğan uşaqlar, Tanrının hələ insanlardan ümidini kəsmədiyini göstərər.
 
Həyat ağır bir yük deyil. Yolumuz onsuz da uzun sürməyəcək.
 
Dünyanı səhv oxuyar, sonra da bizi aldadır deyərik.

ŞƏRH YAZIN