Təsadüfi Qazanılan Uğur Yoxdur

0
1791
Təsadüfi Qazanılan Uğur Yoxdur

Həyatda uğur qazananlara baxdıqda, onları o zirvəyə aparan şeyin "qərarlı olmaları" olduğunu görərik. Əldə ediləcək nəticəni düşünərək, maneələri dəf edə bilib, daha inamlı addımlarla irəliləyiblər. Təsadüfi uğur qazanmaq deyə bir şey mümkün deyildir. Əksinə, müvəffəqiyyətli olmaq iradəli olmağı tələb edir. Aşağıda sizin üçün olduqca faydalı olacağını düşündüyüm bir siyahı hazırladım. Əgər uğur qazanmaq istəyirsinizsə, bu məsləhətləri diqqətlə oxuyun. Bəlkə də bunların hər biri sizlər üçün müvəffəqiyyətə aparan uğurlu yolu göstərəcəkdir.

Məqsədlərinizi daim xatırlayın.

Bəzən insan həyatda yaşamaqdan bezir, hər şeydən əl çəkmək istəyir. Bu vaxt məqsədlərinizi xatırlayın və yolunuza davam edin. Məqsədinizə çatanda isə keçmiş uğurlarınızı xatırlayın və əhvalınızı daim yüksək tutun.

Nə edəcəyinizi hər zaman planlayın.

Uğura çatmaq asan bir proses deyildir. Hər zaman yolunuzda çətinliklər və əngəllər olacaqdır. Əsas odur ki, əngəlləri əvvəlcədən təxmin edib onları dəf etməyi bacarmalıyıq.

Xoşladığınız şeyləri etdiyinizə əmin olun.

Həqiqətən xoşunuza gələn bir şeyi etdiyiniz zaman o işdə mütləq bir fərqlilik hiss edəcəksiniz. Səhvlərinizdən dərs çıxarmağa çalışın. Həyatda istəmədiyiniz və sizi xoşbəxt etməyən bir işi etməyə başlasanız, bu sizin işə olan həvəsinizi azaldar. Hər zaman işə olan enerjinizi və münasibətinizi qorumağa çalışın.

İtirmək də qazanmaq qədər vacibdir.

Bütün müvəffəqiyyətli insanlar əldə etdikləri uğurlara çatana qədər bir çox uğursuzluqlar yaşayıblar. Etdiyiniz bütün risklər bəzən sizin xeyrinizə olmayacaq. Zamanla özünüzü uğursuzluqlara da hazırlamalısınız. İtirmək də qazanmaq qədər vacibdir, çünki müvəffəqiyyətsizliklərdən öyrəndikləriniz müvəffəqiyyət əldə etdiyiniz zaman öyrəndiklərinizdən daha yaxşıdır.

Səhvlərinizdən dərs çıxarmağa çalışın.

Uğursuz olsanız belə, mühüm olan şey xətalarımızdan dərs çıxarmaqdır. Həyatda elədiyiniz hər bir səhv sizlərə eyni zamanda doğruları öyrədir. Bununla da gələcək səfərki işlərinizdə bu səhvlər sizlərə məqsədinizə çatmağa kömək edər.

Hər zaman ən pisi üçün hazır olun.

Əgər hayatda, həqiqətən, müvəffəqiyyətli olmaq istəyirsinizsə, o zaman başınıza gələ biləcək ən pis şey üçün hazır olmalısınız. Ən pis hadisələri təxmin etmək və bunlara hazır olmaq lazımdır. Hər zaman hazır olmaq sizləri uğursuz risklərdən qoruyar.

Vaxtınızın qədrini bilin.

Tənbəllik edərək istədiyiniz yerə çata bilməzsiniz. Çünki tənbəllik sizi heç bir yerə çatdırmayacaq. Uğurlu olmaq istəyirsinizsə, vaxtdan düzgün istifadə etməyi öyrənməlisiniz. Daha müvəffəqiyyətli olmaq üçün yeni strategiya tapmalısınız. Beləliklə, məqsədlərinizə daha tez çata bilərsiniz.

Önünüzə hədəflər qoyun.

Hara gedəcəyinizi və nə etmək istədiyinizi tam olaraq bilməsəniz, heç vaxt bir yerə çata bilmərsiniz. Qarşınıza bəlli hədəflər qoyun. Bu zaman istədiyiniz hər bir işdə uğur qazanma şansınız çoxalar. Önünüzə böyük və kiçik hədəflər qoyun. Kiçik hədəfləriniz sizə böyük hədəflərə çatmaq üçün zəmin yaradacaqdır.

Məsuliyyətli olun.

Müvəffəqiyyətli olmaq istəyirsinizsə, etməyiniz lazım olan şey məsuliyyətli olmaqdır. Hayatınızda məqsədlərə çatmaq üçün müəyyən qaydalarınız olmalıdır. Nə qədər zaman ya da pul xərcləsəniz, bəzən etmək istədiyiniz şeylər alınmaya bilər. Buna görə də öz məqsədlərinizdən heç vaxt əl çəkməməlisiniz.

Risk etməzdən əvvəl düşünün.

Edəcəyiniz işi görməzdən əvvəl onun haqqında yaxşı-yaxşı araşdırmalar aparın. Risk etməzdən əvvəl sonrasını mütləq düşünün. Diqqətsiz və tədbirsiz hərəkət etmək müvəffəqiyyət şansınızı yox edə bilər.

İnkişafınıza diqqət edin.

Uğur əldə etməyinizi ölçmək üçün daim inkişafınızın nə qədər olduğunu bilməlisiniz. Məqsədinizə nə qədər yaxınlaşdığınızı bilsəniz, planınız üçün lazım olan işləri də asanlıqla edə bilərsiniz.

Təsirli bir şəkildə münasibət qurmağa çalışın.

Həyatda uğur qazanmış insanlar ümumilikdə ətraflarındakı insanlarla yaxşı münasibət saxlayırlar. Kömək istəyərkən, başqalarına kömək edərkən, başqalarına iş tapşırarkən göstərdiyiniz münasibət sizinlə işləyən insanların həm işinə, həm də əhvalına təsir edər.

Özünüzə inanın.

Əgər siz özünüzə və bacarıqlarınıza inanmasanız, başqaları da sizə inanmaz. Uğura imza atmaq üçün inam və cəsarətə ehtiyacınız olacaqdır, çünki bu vaxt ərzində sizə inanmayan və cəsarətinizi qırmaq istəyən bir çox insanla qarşılaşacaqsınız.

Həyatdakı dəyişikliklər üçün daim hazırlıqlı olun.

Daim sürətlə dəyişən bir dünyada yaşayırıq. Əgər bu dəyişmələrə qarşı çıxıb qəbul etməsək, cəmiyyətdən geridə qala bilərsiniz. Buna görə daim dəyişikliklərə qarşı hazırlıqlı olmaq, rəqabətə qarşı davamlı olmaq lazımdır.

Başqalarından kömək istəməkdən çəkinməyin.

Həyatda uğur qazanmış insanlar başqalarından kömək istəməkdən çəkinməzlər. Sevdiyiniz, ağıllı hesab etdiyiniz və dəyər verdiyiniz insanlardan kömək almaqdan qorxmayın.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN