Uğur 1 gün üzünüzə güləcək!

0
1555
Uğur 1 gün üzünüzə güləcək!

 1. Özünü həqiqi əməyə kökləmək. 


Amma bu əmək zövq yaşatmalıdır. Bütün günü divanda uzanın, arada bir “sevimli işlə” məşğul olub, mütəmadi divident alacağınızı unutsanız yaxşıdır. Bütün bunlar nağıldır. Bəli, bu daha sonra mümkün ola bilər, yalnız sizin öz işinizdə əsl peşəkar olduqdan sonra. 

2. Həmişə öyrənin və təkmilləşin. 

Siz seçdiyiniz sahədə bütün fəaliyyət mərhələlərini keçməli olacaqsınız. Həmin sahədə artıq uğur qazanmışlardan öyrənin. Daima özünüzü yeni biliklər və yeni informasiya ilə təmin etməlisiniz. Bu inanılmaz dərəcədə əyləncəli və maraqlıdır.

3. Öz vaxtını təşkil etmək, yəni uğurlu taym-menecmentə sahib olmaq. 

Əks təqdirdə, siz ya həddindən artıq yüklənəcək, ya da planlaşdırılan işi görməyə müvəffəq ola və çatdıra bilməyəcəksiniz. Unutmayın ki, “müvəffəqiyyət” sözü məhz müvəffəq olmaqdan yaranmışdır. Həqiqi “Ustad” olmaq üçün, bizim dövrünüzdə artıq çatdırmaq kifayət etmir, qabaqlamaq tələb olunur.

4. Faydalı kontaktlar (tanışlıqlar) yaratmaq. 

Uğur qazanmaq istədiyiniz sahəyə baş vurun, həmçinin də onunla əlaqəli sferaları diqqətdən kənarda qoymayın. Axtarın, suallar verin, seminar və konsultasiyalara gedin, öz biznesinizdə həmkarlar, müəllimlər və dostlar qazanın. Bu sizə çox şey verəcək.

5. Çətinlikləri təmkinlə və dözümlə keçirmək qabiliyyəti. 

Müxtəlif mərhələlərdə həmişə çətinliklər olur. Sizin onlardan qaçmayaraq, çıxış yolu tapmaq bacarığınızdan – sizin uğur əldə etməyiniz bir başa asılıdır. Çünki məhz bu mərhələlərdə bir çoxları təslim olur, inamını itirir və başladığı işi yarıda qoyaraq tərk edir.

Özünüzə inanın və uğur mütləq sizin üzünüzə güləcək!

ŞƏRH YAZIN