Uğur səninlə olsun istəyirsənsə ...

0
2879
Uğur səninlə olsun istəyirsənsə ...

 Hər zaman uğurlu olmaq hər kəsə nəsib deyil. Çünki bəzi vərdişlər insanlarda gələcək bütün uğuru məhv edir. O hansı vərdişlərdir?


Uğurlu insan olmaq üçün hansı vərdişləri tərgitmək lazım olduğundan xəbərdar olun. Hansı xüsusiyyətlər ilə mübarizə aparmaq tələb olunur? 

Tələsik nəticə çıxarmaq vərdişi. Bəzən bizə elə gəlir ki, biz hər şeyi öncədən bilirik. Ona görə də biz gələcək haqqında yanlış təsəvvürlərə düşürük. Əslində isə həyatın bizi gözlənilməz sürprizlərlə üz-üzə qoyduğu hallar heç də az deyildir, bu sürprizləri öncədən ehtimal etmək olduqca çətindir. Digər səhv isə digər insanların hərəkətlərin müəyyən bir səbəblə bağlamaq və həmçinin onların növbəti hərəkətlərin ehtimal etməkdir.

Hadisələri qəlizləşdirmək vərdişi. Cüzi şeylərə görə kefinizi pozmayın, hər şeyə görə üzülməyə dəyməz, xırda uğursuzluqları şişirtməyin, hadisələrə dramatikləşdirməyə dəyməz. Mənasız şeylərə görə yaşanan həyəcan həyatda uğur qazanmağa maneə olur.

Damğa vurmaq və stereotip düşüncə tərzi. Hadisələrin mahiyyətini bir dəfəyə müəyyən etmək tələb olunduğu zəmanədə sanki bizim səhv etmək ixtiyarımız yoxdur. Biz də məhz belə edir, özümüzə səhv etmək şansı buraxmamağa can atırıq, əslində dünya daha mürəkkəbdir və hər şeyi şablonlara sığışdırmağa çalışmaq lazım deyil.

Ümumiləşdirmək vərdişi. Adətən biz öz uğur və məğlubiyyətlərimiz sırasında müəyyən bir trend tapmağa çalışırıq. Hər bir hadisəyə məxsusi və özəl yanaşın və bir neçə dəfə təkrarlanan situasiyada eyni məntiqi axtarmayın. Müxtəlif uğursuzluqları, eləcə də müxtəlif uğurları eyni bir səbəbə bağlamaq düzgün deyil.

Hər şeyi “ağ” və “qaraya” bölmək vərdişi. Axı əslində həyamızın rəng palitrası həm də minlərlə digər rəng çalarlarından ibarətdir. Axı ideal münasibətlər, ideal iş və ideal dostlar mövcud deyil, ona görə də sahib olduqlarınıza görə sevinməyi və onları dəyər verməyi öyrənin.

Sizə hakim kəsilən emosiyalara etibar etmək vərdişi. Ani hisslər bizim ətraf-ələmdəki gerçəkliyi subyektiv qavramamızı əks etdirir və əksər halda onlar yanlış olur.

Həyəcan keçirmək vərdişi. Televizorda verilən pis xəbərləri, sizə tanış bir insanın başına gələn pis hadisələri və qonşunun hər hansı bir xəstəliyə yoluxması barədə söhbətləri ürəyinizə yaxın qəbul etməyin. İnsanlara mərhəmətlə yanaşın, onlara görə təəssüf edin, amma başqalarının probleminə görə narahatlıq keçirməyin.

Pis əhval-ruhiyyədə olmaq. Müvəffəqiyyət optimist insanları sevir. Yaxşı şeylər axtarın, gözləyin və inanın, onda sizdə hər şey alınacaq. Neqativ yanaşma və köklənmə əksər hallarda sizə uğur gətirə biləcək imkanların üzərini kölgə kimi tutaraq, onları görməyinizə əngəl olur.

Qaydalar üzrə yaşamaq vərdişi. Bizlərdən çoxu özləri-öz həyatını müəyyən çərçivəyə salırlar, bu çərçivələr isə həyatı daha da çətinləşdirir. Biz əziyyət çəkir, lakin yenə də bu “normalara” riayət etməyə davam edirik. Maneələr olmayan yerdə yenilərini yaratmağa ehtiyac yoxdur.

Keçmişi qurdalamaq vərdişi. Keçmişi sakit buraxın, bütün inciklikləri əfv edin, həm özünüzü həm də, ətrafdakı insanların səhvlərini bağışlayın. Gələcək həyatınızı ürəyinizdə keçmiş inciklərin, uğursuzluqların və məyusluqların yükü olmadan yaşayın. Uğura inanın və daha yaxşısına ümid edin.

ŞƏRH YAZIN