Uğurlu kişilərin nahara qədər etdikləri

0
2420
Uğurlu kişilərin nahara qədər etdikləri

“Tez duranla tez evlenen uduzmaz” heç də əbəs yerə deyilən bir söz deyildir. Beləki, amerika alimləri belə qərara gəliblər ki, yuxudan səhər tezdən duranlar yatmağı sevənlərə nisbətən daha xoşbəxt olurlar. Onların karyeraları daha parlaq olur. Niyə? Çünki əksər işlər məhz səhər tezdən başlayır.


Sizlərə uğurlu kişilərin günün ilk yarısında etməyə çalışdıqları işləri təqdim edirik:


1. İş planı

İş gününü təşkil etmək üçün ilk öncə iş planını qurmaq lazımdır. Yaxşı olar ki, bunu bir gün öncə edəsiniz və zaman itkisinə yol verməyəsiniz. Axşamdan iş planını qurmaq sizə sakit yuxunu təmin edəcəkdir.


2. Yetərincə yuxu

Səhər və gündüz yaxşı işləmək istəyirisiniz isə gecə yuxunuzu təmin etməlisiniz və tam almalısınız. Yuxusuzluq diqqəti dağıdır və yorğunluq gətirir. Hər kəsin öz yuxu norması vardır. Lakin ekspertlərin əksəriyyəti deyir ki, yuxu 8 saatdan az olmamalıdır.


3. Saatı quraşdırmaq

Səhər saat zəngindən sonra 10 dəqiqə, yox 5 dəqiqə yatmaq yalnız sizə zaman itikisi verəcək. Özünüzü ilk zəngdən sonra qalxmaya öyrəşdirin. İlk günlər bu çətin olsa da, sonralar öyrəşəcəksiniz.


4. Hərəkətli səhər

Adətən bizlər trenajor zalına, tennisə, hovuza işdən sonra yazılırıq. Və səhərlər “yıxıla yıxıla” işə gedirik. Ekspertlər deyir ki, səhər idmanı gün ərzində beyin fəaliyyətini yaxşılaşdırır, əhval-ruhiyyəni qaldırır.


5. Sübh adəti

Gün yaxşı bir hadisə ilə açılmalıdır. Bu meditasiya ola bilər, qəzet və isti kofe ola bilər və yaxud internetdə məlumatların əldə edilməsi ola bilər. Lakin unutmayın bu zaman kəsiyini yalnız özünüzlə bölüşün.


6. Səhər yeməyi

Səhər yeməyi – benzindir. Lakin çox yağlı yeməklərlə özünüzü yormayın.


7. İşə gecikməmək

İşə vaxtında gəlmək asan olacaq. Bunun üçün yuxarıdakı bəndlərə riayət etmək lazımdır. Sadəcə yola gedəcək zamanın üstünə 10-15 dəqiqə gəlin və vaxtında işdə olun. Əks halda pulunuzdan tutmasalar da bu sizə diskomfort yaradacaqdır.


8. Məsələlərin razılaşdırılması

Çalışın qarşınıza qoyduğunuz məsələləri rəhbərlik və ya işçiləriniz ilə razılaşdırasınız. Ağıl ağıldan üstündür. Soruşmağa utanmayın, əksiklik bilməyin.


9. İlk öncə vaciblər

İlk öncə ən vacib saydığınız və tez bir zamanda həll olunmalı işləri görün. Psixoloqlar iddia edirlər ki, günün ilk yarısı ən məhsuldardır və bu zaman kəsiyini xırda işlərə xərcləmək ağılsızlıq olar.


10. Hamıya cavab yazmaq

Əgər siz bir saat ərzində 10 dəfə mail-ə girib hamıya cavab yazsanız, bu yalnız zaman itkisinə gətirib çıxardacaq. Maili-in yoxlanma qrafiki özünüzə qurun lakin çox böyük fasilələr də verməyin.

 

ŞƏRH YAZIN