Uğursuzluq ehtimalını 0-a endirin

0
3451
Uğursuzluq ehtimalını 0-a endirin

 Uğurlu insanların hekayələrinə baxdıqda, hər birinin azı 1-2 dəfə uğursuzluqla qarşılaşdığının şahidi oluruq. Günümzdə də belə hallar az rastlanmır. Bir sahibkar kimi siz də daim uğursuzluqla qüvvələri ilə qarşılaşırsınız. Aşağıda qeyd etdiyimiz 4 qayda ilə, uğursuzluq ehtimalını 0-a endirin.


1.İmkanlarınızı genişləndirin.

İndiki zəmanədə informasiya əldə etmək problem deyil – bu, təhlil etməkdən daha çox vaxt aparan sonsuz məlumat seli, fikirlər və e-poçt mübadilələrini fasiləsiz olaraq ələkdən keçirməkdir. Sahibkarlara ən yaxşı qaydalar üçün konsorsium kimi xidmət göstərən Startupery və Efactor kimi saysız-hesabsız onlayn alətər mövcuddur.

Bununla belə, həddən artıq yüklənmiş informasiyanın qarışıqlığını aradan qaldırmaq dəyərli vaxtı boşa sərf edir. Amberly və Zapier kimi xarici alətlərlə daha yaxşı biznes yaratmaq enerji ehtiyatlarınız az olan zaman sükanı sabit saxlamağın çox yaxşı yoludur. 

2.Ətrafınızdan kömək alın.

Ətrafınızda 5 növ insan var: ailə, dostlar, nikbinlər, bədbinlər və nüfuzlular. Ailə və dostlar öz düşüncələrini deyirlər və həmçinin məsləhətçi və ya nümunə də ola bilərlər. 

Nikbinlər ümumi olaraq pozitiv olan insanlara deyilir – onlar strategiyaçı və ya yaxşı icraçı deyillər, lakin onlar həyatı sevirlər və hər şeydən əyləncə tapa bilirlər. Lakin onların şər əkizi olan bədbinlər öz neqativliklərinə görə sosial əl qumbarası kimi fəaliyyət göstərən zəhərləyici insanlardır. 

Nəhayət, nüfuzlular da mövcuddur. Bu sonuncu qrup önəmlidir, çünki onlar səni başqaları ilə və başqalarını səninlə calaşdıra bilərlər. Yadda saxlayın ki, hər kəs eyni zamanda adı çəkilən növlərin qarışığıdır. Heç kim sadəcə nüfuzlu və ya sadəcə dost deyil – hər kəs dəyərli nəsə bilir. Önəmli olan doğru vaxtda doğru insandan kömək almaqdır.

3.Öyrənmə mədəniyyəti yaradın.

Mədəniyyət şirkətin adını və onun bildirdiyi hər şeyi müəyyənləşdirən sistemlər, proseslər və insanların məhsuludur. Siz davranşı dəyişmədən mədəniyyəti dəyişmirsiniz və davranışı yalnız şirkətin gündəlik icrasını istiqamətləndirən sistemlər və proseslər səviyyəsində dəyişirsiniz. 

Özünün “Qənaətcil başlanğıc: Bu günün sahibkarları uğurlu radikal bizneslər yaratmaq üçün davamlı yenilikdən necə istifadə edirlər” adlı kitabında Erik Rayz başlanğıc uğuruna düzgün prosesə əməl etməklə nail oluna bildiyini, yəni onun həm öyrənilə, həm də öyrədilə bildiyini vurğulayır.

Başlanğıcın ardının gəlməsinin yəganə yolu rəhbər və ya şirkət olaraq mühitdəki dəyişikliklərə uyğunlaşmaq üçün iradəli olmaqdır. Uğur və ya uğursuzluq sizin harada dayandığınızdan asılıdır. 

4.Minimum səmərəli məhsula sahib olun.

Minimum səmərəli məhsul sizin iki məqsədə nail olarkən bazara gətirə biləcəyiniz məhsul və ya xidmətin minimum miqdarıdır. Bu iki məqsədə qiyməti artırmaq və xərcləri azaltmaq daxildir.

Uğur təcrübədən yaranır, təcrübə isə uğursuzluğa uğradıqca qazanılır. İmkan və kapital baxımından ən çətin əldə olunan nailiyyət ən dəyərli olandır. Beləliklə, sizin üçün ən yaxşı qayda biznesinizi unikal saxlamaqdır.

ŞƏRH YAZIN