Uğurun 10 sirri

0
4526
Uğurun 10 sirri

Uğur birinin sizə dəstək olmasıyla ya da şansla əldə edilə bilən bir şey deyil. Həyatda müvəffəqiyyətli olmaq üçün mütləq bir əmək, bir səy sərf etmək lazımdır. Heç bir müvəffəqiyyət təsadüfi olmamışdır. Bir gün Platondan soruşublar:

-"İnsanoğlunun sizi ən çox təəccübləndirən iki davranışı nədir?"

Platon tək-tək sıralayaraq söyləyər, "Uşaq olmaqdan sıxılıb böyümək üçün tələsərlər.Amma sonda uşaqlıqları üçün darıxarlar. Pul qazanmaq üçün sağlamlıqlarını itirərlər. Amma sağlamlıqlarını geri almaq üçün də pul xərcləyərlər. Sabahları üçün narahat olarkən bu günü unudarlar. Nəticədə, nə bu günü, nə də sabahı yaşayarlar. Heç ölməyəcək kimi yaşayarlar. Ancaq heç yaşamamış kimi ölərlər."

Platonun dediklərində dərin məna var. Bu sözlər deviziniz olsun. Uğurun qapısını açmaq üçün isə 10 sirri bilməyiniz lazımdır:

1. Doğru yer və zamanda, doğru işi seçmək. 

2. Müvəffəqiyyətli insanları özünüzə ideal seçmək. 

3. Hansı işi edirsinizsə edin, nəsə ixtira etməyə çalışın. 

4. Sağlam və məntiqli layihələr üzərində çalışın.

5. İşə başlamazdan əvvəl risklərinizi hesablayın.

6. Özünüzə yaxşı bir iş planı hazırlayın. 

7. Əsla yorulmayın. Uğur yolunda şübhəsiz ki, müvəffəqiyyətsizliklər görə bilərsiniz. 

8. Dövlətin dəstəklədiyi sahələrdə sərmayə qoymağa yönəlin. 

9. İnsanların nələrdən şikayət etdiyini və bəyəndiyini yaxşı analiz edin. 

10. Platonun dediyi kimi sağlamlıq hər şeyin başıdır, sağlamlığınıza fikir verin.

 

ŞƏRH YAZIN