Viktor Hüqodan Sitatlar

0
6075
Viktor Hüqodan Sitatlar

-Öyrəndikdən, sevdikdən sonra daha çox əzab çəkəcəksiniz.
-Yaxşı olmaq asandır, əsas olan adil olmaqdır.
-Gülmək üçün xoşbəxtliyi gözləməyin, bəlkə gülmədən öldünüz.
-Qadını gözəl yaradan Tanrıdır, sevimli edənsə şeytan.
-Gözəllik qısa müddətli hakimiyyətdir.
-Qadınlar zəifdir, analarsa qüvvətli!
-Mənə yağışdan danışma! Yağ!
-Həlim olma əzilərsən, sərt olma sınarsan.
-Səni o qədər xəyal etdim ki, artıq bir xəyalsan.
-Öldükdən sonra yaşamaq istəyirsinizsə ya oxumağa dəyər şeylər yazın, ya da yazılmağa dəyər şeylər yaşayın.
-Hər kəs ölər, lakin hər kəs həqiqətən yaşamaz.
-Diqqət ağlın ən böyük övladıdır.
-Bir kimsənin sənə nifrət etməsinin əsl səbəbi sənin kimi olmaq istədiyi halda, heç vaxt sənin kimi olmayacağını  bilməsidir.
-Çalışmaq həyat, düşünmək işıqdır.
-Gəncliyə, yaşlılıqdan çox hörmət etməliyik.
-Sabahların hər zaman gözəl olacağını deyirlər. Bəs bu gün dünənin sabahı deyilmi?
-Yalan ağıl işidir, dürüstlüksə cəsarət. Əgər yalan deməyə zəkan kifayət etmirsə, o zaman cəsarətini işlədib dürüst ol.

 

Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN