Zehninizi Uğura Proqramlaşdırın

0
2518
Zehninizi Uğura Proqramlaşdırın

Beynin proqramlaşdırılması ilə bağlı maraqlı araşdırma aparılıb. Research Quarterly jurnalında nəşr olunan bir araşdırmada maraqlı nəticələr əldə olunub.

Belə ki, alimlər basketbol oynayan bir qrup şagirdi üç qrupa ayırıb. Birinci qrup topu müəyyən bir uzaqlıqdan ata bilmək üçün iyirmi gün məşq edib. İkinci qrup heç bir iş etmədən iyirmi gün gözləyib. Üçüncü qrup iyirmi gün ərzində hər gün zehinlərində topu səbətə ataraq qazandıqlarını xəyal edərək məşq ediblər.

Nəticədə hər gün aktiv fiziki məşq edən birinci qrupun atış göstəricisi iyirmi günün əvvəlinə nisbətən 24% artıb. İkinci qrupda heç bir artım olmayıb. Üçüncü qrupa gəldikdə isə təəccüblü bir nəticə ilə qarşılaşıblar. Yalnız beyinlərində bu prosesi canlandırmağa çalışan qrupun göstəricisi 23% artıb. Demək olar ki, birinci qrupa yaxın bir nəticə əldə edilib.  

Beynimiz düşüncələrimizə, duyğularımıza və davranışlarımıza nəzarət edir və şüuraltımız bu fəaliyyətin  88%-ni idarə edir. Beynimiz ona təqdim edilən hər cür məlumatı doğru olaraq qəbul edir. Xəyallarımızı da beynimizə doğru və həqiqi kimi təqdim edə bilərik.   İstədiyimiz müvəffəqiyyəti əldə etmək üçün zehnimizi proqramlaşdıra bilərik. Zehinimizdə sıx olaraq canlandırdığımız və düşündüyümüz hər şeyi beynimiz həqiqi sanır. Müvəffəqiyyətə zehni olaraq hazırlaşa bilərik.


ŞƏRH YAZIN