Çətin adamların özünəməxsus xüsusiyyətləri var,ancaq bütün bu xüsusiyyətlərin içində onları 5 alt başlıqda xarakterizə etmək mümkündür.
1.Aqressiv insanlar
Belə insanlar aqressiv davranışlar içində olurlar.Onlarla münasibətdə sakit şəkildə özünüzü ifadə edin və sizə qarşı olan aqressiv hərəkətlərə əmin bir şəkildə qarşılıq verin.
2.Hər şeyi bilənlər
Belə insanlarla mübarizə apararkən yaxşı hazırlaşmaq lazımdır. Ürəkli olun,lazım olanda səhvlərini üzə çıxaracaq suallar verməkdən çəkinməyin,qalibiyyətini tərifləyin.
3.Şikayətçilər
Belə insanlarla günümüzdə az-çox qarşılaşırıq.Onlar heç kimə etibar etmirlər.Özlərinə qarşı inam hissi çox deyildir. Özlərinə qarşı yarımçıq olan etibarlarını gizləmək üçün istəksiz, hər şeydən və hər kəsdən şikayət edən davranışları olur. Bu insanlara “başqalarının görmədiklərini görürsən” kimi onların etimadlarını artıracaq sözlərlə yanaşın.Qulaq asın,ancaq heç vaxt mübahisə etməyin. Ona qarşı müdafiəsiz davranmayın.
4.Haqsızlıqla qarşılaşanlar
Belə insanlara yaxşı qulaq asın və onu başa düşdüyünüzü göstərin.Sonra diqqətinizi cəmləşdirərək onu dəyişikliyə motivə edin.
5.Gizli hücum edənlər
Belə insanlar nə qədər geri çəkilsəniz o qədər də sizin üzərinizə gəlməyi xoşlayırlar.Geri çəkilməyin.Zarafata salın.
Korrektə etdi:Günel İbadova