İnsanları Necə Anlamalı

0
3428
İnsanları Necə Anlamalı

Qarışıqlıq zamanı hər bir insan həyatın mənasını və yaşama səbəbini axtarır.Yəqin ki, siz də elə bir vəziyyətdə olmusunuz ki, nəyisə dəyişdirmək istəmisiniz, lakin buna güc tapmamısınız. Və təbiidir ki, biz məsləhət üçün doğmalarımıza müraciət etdirik. İnsan ünsiyyətsiz yaşaya bilmir. Hər kəsə anadan gəlmə insanı anlaya bilmək xüsusiyyətinə malik deyil, buna görə də insanlar bir sıra səhvlər edirlər. Əksəriyyət çoxluq insanın daxilində nələrin baş verə biləcəkləri haqqında düşünməmiş illərini keçirirlər. Bəs insanları axı necə başa dümək olar, əgər bunu çox istəyiriksə?

Siz onlarla  həyatımızdaki münasibətlər haqqinda kitablar oxuya bilərsiniz. Lakin bütün suallara cavab tapmağınıza zəmanət verilmir. Bədii ədəbiyyat oxumaqla siz çoxlu sayda özünüzdə dəyərli və maraqlı biliklər toplaya bilərsiniz. İnsanları isə başa düşməyə yalnız bunu həqiqətən istədikdən sonra bacaracaqsınız. Sosial həyatınızın yaxşılaşmasının ilk irəliləyişi sevgi ilə başlayacaq.  Məsələ özümüzə qarşı olan eqoist sevgisi və ya qarşı tərəfə hiss etdiyimiz atəşli duyğularda deyil. Siz etrafınızdaki bütün insanlara qarşı bağlılıq və doğmalıq hiss etməlisiniz. İnsanlara şübhəsiz və nifrətsiz baxmağı öyrəndikdən sonra onları anlamağa da başlayacaqsınız.

Dost və tanışlarınıza başqa nöqtəyi nəzərdən baxmağa çalışın. Düşünülmüş şəkildə onların yaxşı xüsusiyyətlərini tapmağa çalışın, çatışmamazlıqları bir kənara atın. Qəbul etməyə çalışın ki, dostunuz da ele sizin kimidir. Onunda mübarizə apardığı şeylər, xəyalları və planları var. Münaqişələr zamanı özünüzü onun yerində də düşünün. Yol verməyi öyrənin. Mülayim insan olmaq elə də çətin deyil. Belə şəxslər hər zaman uğur qazanır. Münasibətin dostla, müştəri və ya  həyatyoldaşı ilə olmağı şərt deyil.

İnsanı anlaya bilmək yarada biləcəyimiz vərdişlərdən biridir. Əgər siz insanı gözəl xüsusiyyətlərinə örə sevirsinizsə, onun digər (müsbət olmayan) xüsusiyyətlərini də qəbul etməlisiniz. Əks cinslər çixmamalı olduqları sərhədləri bilməlidirlər. Bu sərhəd daha çox müsbət keyfiyyət ilə çatışmazlıqlar arasında cızılır. Əgər siz qarşı tərəfə tez-tez pis xüsusiyyətlərini çatdırmağa çalışsanız, zamanla sizdən uzaqlaşacaq və bu o qədər adiləşəcək ki, sizin digər yanaşmalarınızı fərq belə etmiyəcək. İnsanları onların ola biləcək bütün xüsusiyyətləri ilə qəbul etməyə çalışın.

İnsanları ayrı ayrılıqda anlamaq bəzən illərinizi ala bilər. Artıq indi də əsas qaydalardan birini yadınızda saxlaya bilərsiniz, hansı ki, sizə həyatda doğru addımlar atmağa kömək edəcək: heç vaxt insanların səhvini aqresiv şəkildə onlara çatdırmayın. Bəyəm sizin xoşunuza gəlir sizə qarşı səs yuksəldiləndə? Bəlkə  sizi əskildədəndə xoşunuza gəlir? Yoxsa mərclərdə uduzmaq xoşunuza gəlir? Əgər bütün suallara "yox" cavabı verdinizsə, siz normal insansınız. Ətrafınızdaki hamı da elədir. Gələn səfər mübahisə etmək ehtimalı yaransa, sadəcə düzəlişə getməyə çalışın. Düşünürsüz ki, bu ayıb və xoşagəlməzdir? Yanılırsınız. İnsanlarla xoş davranmaqla onları anlamağa başlayırsınız və əhvalınız yüksəlir. Başqaları üzərində öz müsbət keyfiyyətlərinizi dərk etdirmək heç də insanlarla ünsiyyətinizin yaxşılamasına səbəb olmayacaq. Heç kim kimdənsə pis olmağı sevmir.Özünüzdən razı olmağı unutmağın vaxtıdır. İnsanlarla eyni səviyyədə olmağa çalışdığınız zaman onları daha da yaxşı anlayacaqsınız. Bu o demık deyil ki, özünüzü əskitməlisiniz. Sadəcə  "eyni səviyyədə" insanlarla daha çox ünsiyətdə olmaq lazımdır. Ətrafınıza qarşı olan münasibətinizi dəyişin, daha mülayim və xoş aura yaratmağa çalışın. Siz digər insanları anlayaraq, hər birinin eyni məqsədlə yaşadığına şahid olacaqsınız. Biz həmişə məşhur olmaq və həyatımızı daha gözəl etməyə çalışırıq.

ŞƏRH YAZIN