Utancaq Olma, Ünsiyyətcil Ol!

0
6113
Utancaq Olma, Ünsiyyətcil Ol!

Bəzən utancaqlıq bizə hisslərimizi ifadə etməyə imkan vermir, insanlarla ünsiyyətdə problem törədir,lakin sizə təklifimiz var. Utancaqlığı unudun, ünsiyyətcil olun!

1.Hisslərinizi məşq etdirin. İmprovizasiya çox yaxşı bir şeydir. Özünüzü olmaq istədiyiniz əhvala kökləyin və həmin əhvala uyğun davranmağa cəhd göstərin. Məsələn, sevincli, əsəbi, xoşbəxt və ya kədərli. Siz bunu öz otağınızda tək olarkən edə bilərsiniz, heç kəsin sizi görməyini istəmirsinizsə. Yadda saxlayın, jest və mimikalarınızdan, bir də səsinizdən istifadə edin. Öz əksinizlə başqa şəxslə danışırmış kimi danışın. Bu elə bir yoldur ki, bu yolla siz aksentinizi və üz ifadənizi təbəssüm kimi məşq etdirə bilərsiz. bunlara əməl etmək sizə ünsiyyət qurmaqda yardım etmiş olacaq. Həmçinin hər hansısa bir şəxsin nə deyə biləcəyini tapmağa çalışaraq ona verəcəyiniz cavabı güzgü qarşısında məşq edin.


2.Gülümsəmək istədiyiniz hər kəsə və hər şeyə gülümsəyin! Əgər məzəli görünən birini görürsüzsə, sevimli görünən körpə ilə üz-üzə gəlirsizsə, gözəl təbiət mənzərəsi ilə rastlaşırsızsa və sair. Ətrafa təbəssüm bəxş edin!

 

Bundan sonra insanların gözlərinin içinə baxmağı sınaqdan keçirin. Əgər göz təmasında rahatlıq hiss edirsizsə, o zaman kiçik söhbətə də keçmək olar, lakin bunun üçün sizə bir müddət vaxt lazım olacaq. Hər şey bir və ya iki günün içində baş verə bilməz.


3. Əgər müsbət fikirləriniz varsa, onu digərləri ilə paylaşın! Məsələn, kiminsə gözəl köynəyi varsa, kimsə oyunda yaxşı nəticə göstərirsə və ya dadlı bir şey hazırlayıbsa və sair. Buna olan münasibətinizi bildirin! Bu sizin onların gözündə daha mehriban birinə çevrilmənizə səbəb olacaq və həm də insanlar sizin haqqınızda gözəl fikirlər səsləndirmiş olacaqlar.


4. Gəzməyə çıxın! Parka, kafeyə, kinoteatra gedin və bunu etməkdən zövq alın. Olduğunuz yerlərdə ünsiyyətə girməyə çalışın.

 

5. İnsanlara yardım edin! Əgər kiminsə maşını ilə problemi varsa, iti evdən qaçmışsa, ağır yükü varsa və sair. Soruşun ki, nə iləsə köməyiniz dəyə bilər, ya yox. Yadda saxlayın, insanların problemləri olduqda həyəcanlı, narahat olurlar və siz onlardan nə isə soruşduqda  elə görünə bilər ki, onlar sizin sualınıza görə əsəbidirlər,ancaq bu sizin günahınız deyil. Bəzən insanlar köməyinizə qarşılıq olaraq sizin üçün nə isə edə və ya nə isə verə bilərlər. Məsələn, mən bir kişiyə iti qaçarkən onu tutmağa yardım etmişdim, növbəti gün idman mağazasına bıçaq almağa gedəndə həmin kişinin mağaza sahibi olduğunu bildim və o, bıçağı mənə hədiyyə etdi.

 Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN