Vəkil Məharəti

0
3607
Vəkil Məharəti

Çarizm dövrünün məşhur vəkili F.N.Plevako bir dəfə hansısa dini bayram ərəfəsində ticarət vaxtı haqqında qaydanı pozaraq öz kiçicik dükanını vaxtından 20 dəqiqə gec bağlamış savadsız bir qadını məhkəmədə müdafiə etməli olmuşdur. Bu iş üzrə məhkəmə iclası saat 10-a təyin edilmişdi. Məhkəmə öz yerini vaxtından 10 dəqiqə gec tutmuşsa da, yenə Plevakonu gözləməli olmuşdu. Yalnız 10 dəqiqədən sonar Plevako tələsmədən salona daxil olmuş və sakitcə müdafiə üçün ayrılmış yerdə əyləşmişdir. Məhkəmənin sədri 20 dəqiqə yubandağı üçün onu məzəmmət etmişdir. Plevako öz saatına baxaraq bildirmişdir ki, onun saatında on birə cəmi beş dəqiqə işləyib. Sədr divar saatında artıq on birə 20 dəqiqə işlədiyini bildirdikdə Plevako onun saatında neçə olduğunu soruşmuşdur. Sədr: «Mənim saatımda on birə 15 dəqiqə işləyir». Plevako bu dəfə üzünü prokurora tutmuşdur: «Bəs sizdə saat neçədir, cənab prokuror? Neçə vaxtdan bəri Plevakonun əlindən zəncir çeynəyən prokuror onu çətinə salmaq məqsədilə, zəhərli təbəssümlə: «Mənim saatımda artıq on birə 25 dəqiqə işləyib» deyir. Onun ağlına da gəlməzdi ki, vaxtı düz deməməklə Plevakonun ustalıqla qurduğu tələyə düşüb, onun dəyirmanına su töküb. Məhkəmənin iclası çox sürmür. Şahidlər təsdiq edirlər ki, müttəhim dükanı vaxtından 20 dəqiqə gec bağlayıb. Prokuror müttəhimin təqsirli hesab edilməsini tələb edir. Sonra söz Plevakoya verilir. Onun nitqi cəmi iki dəqiqə çəkir: «Müttəhim həqiqətən də dükanı 20 dəqiqə gec bağlayıb. Lakin, cənab andlı iclasçılar, gördüyünüz kimi o, yaşlı və savadsızdır, saatdan başı çıxmır. Biz isə cənablar, savadlı oxumuş adamlarıq. Ancaq görün bu saat məsələsi bizdə necə çaş-başdır. Divar saatında on birə 20 dəqiqə işləyib, cənab sədrin saatında 15 dəqiqə, cənab prokurorun saatında isə 25 dəqiqə. Əlbəttə ki, ən dəqiq saat cənab prokurorun saatıdır. Belə ki, cənab sədr prokurorun saatına görə iclası vaxtından 15 dəqiqə gec açdığı, müdafəçi isə iclasa 20 dəqiqə yubandığı halda, necə tələb etmək olar ki, yoxsul və savadsız bir qadının daha dəqiq işləyən saatı olsun və vaxtdan prokurordan da, bizdən də yaxşı baş çıxarsın?» Andlı iclasçılar bir dəqiqəlik müşavirədən sonra mütthəimə bəraət hökmü çıxardılar.

ŞƏRH YAZIN