Ana, Mən Necə Dünyaya Gəldim?

0
2956
Ana, Mən Necə Dünyaya Gəldim?

Ana mən necə dünyaya gəldim? Məni leyləklər mi gətirdi? Bu tərz suallar qarşısında valideynlər uşaqlarına necə cavab verməlidir? İlk uşaqlıq dövründə (2 – 6 yaş) cinsəllik və uşağın necə dünyaya gəlməsi uşağı maraqlandırar. Bu vəziyyət valideynlər üçün problem olaraq deyil, sağlam inkişafın nəticəsi olaraq görülməlidir. Uşağın etibarlı olmayan mənbələrdən aldığı informasiya riskli ola bilər. Onun öyrənmə istəyinin dəstəklənməsi və sual vermə bacarığının inkişaf etdirilməsi faydalıdır. Bəzi uşaqlar bu sualı heç soruşmaya bilərlər. Amma uşağın bununla maraqlanması, TV, internet, telefona olan marağı, öyrənmə istəyinin şiddəti, yaxın çevrəsindən birinin övlad dünyaya gətirməsi və s .səbəblərdən ola bilər. “Ana mən necə doğuldum ?“ sualı ilə qarşılaşan valideyn bu sualı normal qarşılamalıdır. Verilən cavab açıq olmalıdıır. Səni leyləklər gətirdi deyə cavab alan uşaq bir kənara çəkilər, leyləyin dimdiyinə bağlı qundaqda gətirildiyini düşünür. Əgər uşaq əvvəlcədən belə şəkil görübsə onda birdən qundaq sürüşər və mən yıxılsaydım deyə düşünsə bu daha böyük problemdir. Əgər uşaq normal inkişaf edirsə ona açıq şəkildə və uşağın anlama səviyyəsi nəzərə alınaraq izah edilməlidir : ata – ana olmaq istədik. İkimizin sevgisi bunu daha da asanlaşdırdı. Hərəmizin bir parçası anada yerləşən yuvada birləşdi, bəsləndin və böyüdün, ananın qarnında yaşadın. Sonra da həkimin köməyi ilə dünyaya gəldin. Bəzi valideynlər cinsəlliklə bağlı uzun – uzun açıqlamalar edərsə bu uşağın qavrama səviyyəsinə uyğun olmadığı üçün xoşagəlməz hallar yaşana bilər. Uşağın dünyaya gəlməsi ilə bağlı düzgün açıqlama verməkdə çətinliklə qarşılaşsanız bir mütəxəssisdən yardım ala bilərsiniz.  


 
 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN